Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan Nuridə Seyidova və iki işçisi - Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, xanım müttəhimlərdən ikisi- N.Seyidova və A.Bayramova həbsdədir.
Onlar konvoy vasitəsilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətiriliblər. A.Məmmədova isə azadlıqdadır, onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Bugünkü iclasda iki nəfər zərərçəkmiş mülki iddia qaldırıb.
Zərərçəkmiş Şahbazi İsayeva 28 min 866 manat, Sahid Mövsümov isə 20 min 866 manat pulun təqsirləndirilənlər N.Seyidova və A.Bayramobdan alınaraq onlara ödənilməsini istəyiblər. Məhkəmə mülki iddiaları icraata qəbul edib. Sədrlik edən hakim Azad Məcidov deyib ki, iddialara hökmdə qiymət veriləcək.
Prosesin davamında sərbəst mühakimə edilən Aysel Məmmədova ifadə verib. A.Məmmədova deyir ki, Beynəlxalq Universitetin “Müalicə işi” fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra 5 il Yevlax şəhərində sahə həkimi, sonra isə bir müddət Bakı “Medical Plaza”da həkim işləyib.
Aysel ilk dəfə Aynurla tanış olub. Bu tanışlıq da sonda onu bura gətirib çıxarıb. O, 2022-ci ildə “Urmedhelp” və “My Doc Tour” şirkətlərində həkim ekspert işləməyə başlayıb.
Xanım müttəhimin sözlərinə görə, Nuridə Seyidovanın rəhbəri olduğu “Urmedhelp” və “My Doc Tour” turizm şirkətləri olub. Şirkət ağır xəstəliklərdən əziyyət çəkən şəxsləri xaricdə müalicəyə göndərirmiş:
“Xəstəxanalarda tanıdığımız həkimlər bizə xəstələr göndərirdi, bizim şirkətin rəhbəri də xaricdə sponsor tapıb müalicəni təşkil edirdi. Xəstə yaxınları pulu şirkətin mühasibi Toğrula veriblər. Xəstəxanalar əsasən məni tanıyırdı. Elə 20 nəfər xəstəni də həkimlər mənə görə göndərmişdi. Qazancımız da belə idi ki, klinikalar xəstə yaxınlarından aldıqları pulun 20 faizini bizə verirdilər. Bizdə xaricdə müalicəni öhdəmizə götürürdük. Aldığımız pulun da şirkətin seyfinə qoyurduq”.
Təqsirləndirilən şəxsin dedikləri məhkəməni qane etməyib. Sədrlik edən hakim Azad Məcidov müttəhimdən fəaliyyətləri haqda aydın danışmasını istəyib:
“Aydın danış görək necə işləmisiz, nə qədər işçiniz olub, xəstələri necə tapırdız, pulu hara aparmısınız? Deyirsiz pulu seyfə qoyurduq, belə olmur axı! Pul qanuni şəkildə qəbul edilməlidir. Sən elə bilmə e, burada elə-belə adamlar oturub. 44 ilin hüquqşünasıyam. İstintaqda işləmişəm, məhkəmədə işləmişəm. Danış görək”.
Aynur Məmmədova xəstə yaxınlarından alınan pulların gələcək taleyindən xəbəri olmadığını deyib. Qeyd edib ki, pulları şirkətin mühasibi təhvil alıb.
Məmmədova ifadəsinin davamında şirkətə xəstə göndərən bir neçə məşhur xəstəxananın adını çəkib. Deyib ki, həmin xəstəxanalar onlara xəstə yönləndiriblər:
“Mərkəzi Gömrük Hospitalından həkim Mir Cəlal Kazimi var idi. O, bizə xəstələr göndərib. Bundan başqa “Baku Medical Plaza”, Mərkəzi Klinika və “Bona Dea Hospital”da tanıdğımız həkimlər xəstə göndərirdilər. Mərkəzi Klinikadan Eldar doktor, “Bona Dea”dan isə Tariel doktor yadımda qalıb. Nuridə ilə Aytənin dediyinə görə beynəlxalq təşkilatlar qara ciyər talasemiyası üçün şirkətə pul ayırırdılar. Bu pula da xaricdə müalicəni təşkil edirdik”.
Prosesə ayrılmış vaxt bitdiyi üçün təqsirləndirilən şəxsin ifadəsi yarımçıq qalıb. Hakim deyib ki, müttəhimin ifadəsi iş üçün mühim əhəmiyyət kəsb edir. Bu səbəbdən növbəti iclas üçün daha çox vaxt ayrılacaq.
Xatırladaq ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərini aldadıb, övladlarını xaricdə müalicə etdirmək adı ilə onların 1 milyon manata yaxın pulunu ələ keçirib.
Bizim.Media
- A-
- A
- A+
Günün videosu
23:35 / 08.05.2024
“Həkimlər bizə xəstələr göndərirdi” - Məşhur klinikaların adlarını çəkdi - FOTO
Hazırda oxunan: “Həkimlər bizə xəstələr göndərirdi” - Məşhur klinikaların adlarını çəkdi - FOTO
Hazırda oxunan: “Həkimlər bizə xəstələr göndərirdi” - Məşhur klinikaların adlarını çəkdi - FOTO
191169
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.