Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı Ukraynada yaşayan Azərbaycan vətəndaşları da səsvermədə iştirak edə biləcəklər.
Bizim.Media xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyində seçki məntəqəsi yaradılıb.
Seçki Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq seçicilərin siyahısı da tərtib edilib.
Vətəndaşlarımızın səsvermədə iştirakı üçün bütün şərait yaradılıb. Belə ki, fevralın 7-də Ukraynada yaşayan Azərbaycan vətəndaşları paytaxt Kiyevdə öz səsvermə hüquqlarından istifadə edə biləcəklər.
Daha ətraflı “REAL TV”nin hazırladığı videosüjetdə:
Bizim.Media