Qərb bölgəsində hava ilə əlaqədar bölgədə işıqlar sönüb, mobil internetin işində çətinliklər var - VİDEO

Qərb bölgəsində hava ilə əlaqədar bölgədə işıqlar sönüb, mobil internetin işində çətinliklər var - VİDEO

Hazırda oxunan: Qərb bölgəsində hava ilə əlaqədar bölgədə işıqlar sönüb, mobil internetin işində çətinliklər var - VİDEO

141344

Azərbaycanın qərb bölgəsində hava şəraiti axşam 23:00 radələrindən başlayaraq kəskin dəyişib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə və ətraf ərazilərdə güclü külək sonradan leysan yağışları ilə davam edib.  

Təxminən 40 dəqiqəyə yaxındır ki, yağan güclü yağış suları küçələrdə sel şəklində avtomobillərin və piyadaların hərəkətində çətinliklər yaradıb. Şəhərin Mahrasa bağı, Yeni Gəncə, Bağbanlar qəsəbəsində işıqlar sönüb.  
Şimşək çaxması və yağış hələ də davam edir. Gəncənin küçələrində yağış suları sel şəklində axır.  

Bəzi ərazilərdə yağış suları yaşayış evlərinin həyətinə dolub. Güclü külək və leysandan sonra şəhər ərazisində mobil internetlərin işində çətinliklər yaranıb.  
 


Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu.

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO