Azərbaycanın Laçın rayonunda Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsindən daha bir video yayılıb.
Bizim.Media xəbər verir ki, Laçın yolunun girişində sərhəd-keçid məntəqəsində təhlükəsizlik və nəzarət təmin olunub, sərhədi keçməkdə heç bir problem yoxdur.
Qeyd edək ki, Azərbaycan Hökuməti Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib.
Bununla da, Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurulub.
Bizim.Media