Azərbaycan hərbçiləri NATO kursunda iştirak ediblər - VİDEO

Azərbaycan hərbçiləri NATO kursunda iştirak ediblər - VİDEO

Hazırda oxunan: Azərbaycan hərbçiləri NATO kursunda iştirak ediblər - VİDEO

100600

Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün əməkdaşlıq proqramı çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Macarıstan Respublikasında keçirilən "Beynəlxalq Hərbi Müşahidəçilər kursu"nda iştirak ediblər. 

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, kurs müddətində hərbi münaqişələr zonasında Beynəlxalq Hərbi Müşahidəçilərin fəaliyyət və davranışlarının öyrədilməsi məqsədilə mühazirələr və praktiki məşğələlər keçirilib. 

"Beynəlxalq Hərbi Müşahidəçilər kursu"nu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara diplomlar təqdim olunub. 

Qeyd edək ki, beynəlxalq kursa 15 ölkə üzrə hərbi qulluqçular cəlb olunub.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO