“Sən tək deyilsən”x9d bağlandı  ”“ YENİLƏNİB

“Sən tək deyilsən”x9d bağlandı ”“ YENİLƏNİB

Hazırda oxunan: “Sən tək deyilsən”x9d bağlandı ”“ YENİLƏNİB

98204
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

MTRŞ-dan Moderator.az-a verilən xəbərə görə, iclasda ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında”x9d qanunun tələblərinin pozulması faktı üzrə inzibati icraata baxılıb.xa0
xa0
ANS televiziyasının efirində yayımlanan “Sən tək deyilsən”x9d, “Xoşqədəmlə axtarıram səni”x9d xa0proqramlarında sosial problemlərin həllinə dəstək adı altında yaradılan saxta şouların mövcudluğunu, ailədaxili münaqişələr, cəmiyyətdə müşahidə olunan digər bu kimi ayrı-ayrı neqativ halların müzakirə mövzusuna və sosial problemlərin şouya çevrildiyini, bir sıra mövzuların süni şəkildə günlərlə davam etdirildiyini, əxlaqında və ya sağlamlığında problem olan insanların həyatı üzərində şou yaradıldığını, ailələrin, qohumların üz-üzə qoyulduğunu, insanların heysiyyatı ilə oynanıldığını, süni gərginliyin yaradıldığını, insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verildiyini, efirin şəxsi intriqalara alət edildiyini, milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl edilmədiyini, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, proqrama verilmiş tələblərin, eyni zamanda sponsorluqla bağlı qanunverciliyin tələblərinin pozulduğunu nəzərə alaraq ANS televiziyasının efirində həftə ərzində şənbə və bazar günləri istisna olmaqla 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 16.20-dən 19.00-dək xa0yayımlanan “Sən tək deyilsən”x9d proqramının, hər həftənin bazar günü saat 21:30-dan 24:00-dək yayımlanan “Xoşqədəmlə axtarıram səni”x9d proqramının yayımının 05 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul edilib.
xa0
İclasda həmçinin ANS televiziyasının efirində yayımı dayandırılmış “Sən tək deyilsən”x9d proqramının efir vaxtında - həftə ərzində şənbə və bazar günləri istisna olmaqla 1-5-ci günlər, saat 16.20-dən 19.00-dək və “Xoşqədəmlə axtarıram səni”x9d xa0proqramının efir vaxtında - hər həftənin bazar günü saat 21:30-dan 24:00-dək mədəni maarifçilik, intellektual xarakterli proqramların xa0yayımının “ANS Müstəqil Yayım və Media Şirkəti”x9d tərəfindən xa0təmin edilməsi barədə qərar qəbul edilib.xa0

***

Bu gün Milli Teleradio Şurasının növbəti iclası keçirilir.

Moderator.azxa0virtualaz.org-a istinadən xəbər verir ki, hazırda davam edən və əsasən teleradio verilişlərinin keyfiyyətinin müzakirəsinə həsr olunmuş iclasda TV proqramları ilə bağlı bəzi vacib qərarlar qəbul edilib.

Həmin qərarlardan biri müəllifi Xoşqədəm Hidayətqızı olan “Səni axtarıram”x9d verilişi ilə bağlı olub. MTRŞ ANS-dən yayımlanan bu verilişin bağlanmasına qərar verib.

İclasın nəticələri barədə əlavə məlumatlar verəcəyik.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı ANS-də iki veriliş aparır. "Sən tək deyilsən" verilişi hər gün, "Axtarıram səni" isə həftədə bir dəfə yayımlanır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO