Siyasi şərhçi Elxan Mehdiyev Moderator.az-a açıqlamasında son vaxtlar cəbhə xəttində baş verən lokal əməliyyatlar və artilleriya döyüşlərini şərh edib:
“Bu gün təmas xəttində artillariyanın da iştirakı ilə döyüşlər gedir. Yayılan informasiyalarda hər iki tərəfin itkilər verdiyi bildirilir. Təbii, düşmən təxribatlarının qarşısı qətiyyətlə alınmalı, onun zərbələrinə cavab verilməlidir. Lakin unutmaq olmaz ki, epizodik zərbələrlə nəyəsə nail olmaq mümkün deyil. Biz ya qəti hücuma keçib işğaldakı torpaqlarımızı müharibə yolu ilə azad etməliyik, ya da problemin sülh yolu ilə həlli üçün bütün imkanları səfərbər etməli, bu yolda ardıcıllıq sərgiləməliyik. İki ildən bir hansısa görüş keçirib bu görüşün səmərə verəcəyini gözləmək olmaz. Gərəkirsə həftələrlə eyni masada danışıqlar aparılmalı, problemin sülh yolu ilə həllinə nail olunmalıdır. Əks təqdirdə, epizodik həmlələlə nəyisə dəyişmək, əsaslı uğur qazanmaq mümkün olmayacaq”x9d.
xa0
Seymur Əliyev
xa0






























































































