Sabunçunun icra başçısı haqqında şok ittihamlar- FOTO

Sabunçunun icra başçısı haqqında şok ittihamlar- FOTO

Hazırda oxunan: Sabunçunun icra başçısı haqqında şok ittihamlar- FOTO

95848
Son dövrlər yerli icra hakimiyyətlərinin qanunsuzluqları artıq heç bir əndazə tanımır. İnsanların halal, dövlət tərəfindən verilmiş reyestrdən çıxarışla olan torpaqları belə cürbəcür uydurmalarla özlərinə ikinci dəfə satılır, tikdirdikləri obyektlərə görə hər yeni gələn başçı sökəcəm adı ilə yenidən rüşvət alır. Əgər əvvəlllər şikayətlərdən çəkinirdilərsə, indi heç nədən qorxmurlar. Artıq özləri göstərib deyir: ”x9dProkuror filan yerdə oturur, get şikayət elə”x9d.xa0

Moderator.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov bildirib. Onun sözlərinə görə, bu vəziyyətin yaranmasının bir günahı da vətəndaş olaraq bizim özümüzdədi:xa0

"Bundan qabaqkı yazımda qeyd etdiyim kimi, Abbas Quliyev adlı şəxsin Dövlət Reyestrindən çıxarışı əsasında Kürdəxanı qəsəbəsində 24 sot torpaq sahəsi vardır. Başqaları tərəfindən zəbt olunmasın deyə (icra hakimiyyətinin rəsmiləri tərəfindən torpaqların heç bir əsas olmadan başqalarına satılması hallarına görə) 5 daş, yəni 1 metr hündürlüyündə hasar çəkmək istəyir. A. Quliyev ustaların köməyi ilə hasar tikərkən Sabunçu rayon İcra Hakimiyyətinin Həbib adlı nümayəndəsi gəlib işi dayandırır, özünü isə İcra Hakimiyyətinə dəvət edir. Bax, burada açıq aşkar alver başlayır. Həbib bildirir ki, hasarın tikilməsi üçün hər sota 3000 AZN, A. Quliyev narazılığını bildirdikdə isə 2500 AZN-lə kifayətlənir. Bütün söhbətlər Sabunçu İcra Hakimiyyətinin Başçısı Adil Vəliyevin adından aparılır. A. Quliyev bildirir ki, o torpağı elə özü 2500 manata onlara satmağa hazırdır. Söhbət qısa olur: ya pul verəcəksən, ya da hasar olmayacaq və torpaq əlindən alınacaq.

Tanıdığım bir şəxs Quliyevə mənə müraciət etməyi tövsiyyə edir. Mənə bu barədə müraciət olduqdan sonra icra başçısı Adil Vəliyevlə danışdım. Bilirdim ki, o əvvəllər “Porsche”x9d mağazası işlədib, ancaq icra hakimiyyəti ilə mağazanı dəyişik saldığını isə söhbətdən sonra bildim. Birinci danışıqda mənə bildirildi ki, sənədlər artıq məhkəməyə göndərilibdir. Bütün məhkəmələri axtarıb işin məhkəmədə olmadığına əmin olduqdan sonra yenidən A. Vəliyevlə əlaqə saxlayıb ona bildirdim ki, sənədlər məhkəmədə yoxdur, işçiləri qanunsuzluq edirlər. O, kobud şəkildə dedi ki, heç bir hasar tikintisinə icazə verməyəcək, çünki sənədlər qanunsuzdur. Sənədlər Azərbaycan Dövlətinin adından Dövlət Reyestr Xidməti tərəfindən verilib dedikdə isə bildirdi ki, hamı bilir ki, rüşvət alıb veriblər. A. Vəliyevə bildirdim ki, heç kimdən rüşvət alınmayıb. Hasarın çəkilməsi üçün isə AZƏRBAYCAN RESPUBLİKASININ ŞƏHƏRSALMA VƏ TİKİNTİ MƏCƏLLƏSİ-nin 79-cu maddəsində deyildiyi kimi hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) tikintisinə heç bir icazə tələb OLUNMUR, ancaq icra hakimiyyətinin nümayəndələri torpağın hər sotuna görə 2500 manat rüşvət istəyirlər, kobud şəkildə “yaxşı edirlər”x9d dedi.
14 sentyabr 2015-ci il tarixdə artıq mənim iştirakımla hasar tikintisi yenidən aparılarkən özlərini İcra Hakimiyyətinin nümayəndələri kimi təqdim edən idmançı formasında olan 4 nəfər NİVA maşınında, eyni görkəmli Rafael adlı şəxs isə 10 SD 300 avtomobil nişanlı 200 minlik Mersedes G Klass avtomobilində gəlib işləri yenidən dayandırdılar. Şikayət edəcəyimi bildirdikdə isə “hara istəyirsən yaz”x9d deyib, məni davaya çəkməyə başladılar. Onların dava salmaq istədiklərini görüb əvvəldən hazırladığım sənədləri, Reyestrdən çıxarışı, qanunlardan qeydləri, A.Vəliyevin özünə və yaxınlarına məxsus dəyəri milyonlarla ölçülən maşınların şəkillərini və haqqında mətbuatda getmiş şikayətlərin surətlərini ona təqdim edib, dərhal oranı tərk etdim.

Bu barədə İcra Hakimiyyətlərinin tabe olduğu Prezident Administrasiyasının məsul işçilərinə artıq müraciət etmişəm. Bundan başqa ətraflı ərizə ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə və Baş Prokuroru Zakir Qaralova da müraciətlər yollamışam.
Gələn yazılarımda Sabunçu İcra Hakimiyyətinin Adil Vəliyevin və üstümə gələn qoçularının başqa qanunsuzluqlarını, yüz minlərlə dəyəri olan avtomobillərinin, milyonlarla ölçülən digər əmlaklarının şəkillərini səhifələrimdə yayımlayacam.
Bu işdə mənə kömək göstərəcək, mənə Adil Vəliyevin qanunsuzluqları barədə məlumatlar verəcək hər kəsə əvvəlcədən təşəkkür edirəm.

P.S. Sabunçu rayonun rəsmi saytında İcra Hakimiyyətinin hüquq şöbəsinin hüquqşünası kimi çalışdığı bildirilən Abdullayev Rafaelə şəxsi torpaq sahəsində hasar çəkməyə qadağa qoymaq səlahiyyətini kim verib? Rəsmi 300 AZN civarında maaşı olan bir şəxs hansı resurslar hesabına dəyəri 200.000-lik avtomobildə gəzərək vətəndaşlardan hərac yığır?"
Sabunçunun icra başçısı haqqında şok ittihamlar- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/7881.jpg">Sabunçunun icra başçısı haqqında şok ittihamlar- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/7882.jpg">Sabunçunun icra başçısı haqqında şok ittihamlar- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/7883.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO