Pərviz Həşimli Ali Məhkəmədən ədalət gözləyir...

Pərviz Həşimli Ali Məhkəmədən ədalət gözləyir...

Hazırda oxunan: Pərviz Həşimli Ali Məhkəmədən ədalət gözləyir...

93868
Tanınmış vəkil Bəhruz Bayramov 13 saylı Cəzaçəkmə Müəssisəsində məhbus həyatı yaşayan jurnalist Pərviz Həşimli ilə görüşüb.

Bu barədə Moderator.az - a jurnalistin vəkili özü məlumat verib. Bəhruz Bayramovun bildirdiyinə görə Pərviz Həşimlinin əhval - ruhiyyəsi yüksəkdir və saxlanma şəraitindən hər hansı narazılığı yoxdur. O Ali Məhkəməyə verdiyi kassasiya şikayətinin vaxtının təyin olunmasını gözləyir və atası Kamran Həşimlinin bu günlərdə ədliyyə naziri Fikrət Məmmədovla görüşündən sonra Ali Məhkəmədə günahsızlığının sübuta yetiriləcəyinə ümid etdiyini bildirib. 

P. Həşimli Ali Məhkəmə sədri Ramiz Rzayevə də ayrıca məktubla müraciət edib. Məhbus jurnalist bir müddət öncə 9 millət vəkilinin onun azadlığa buraxılması üçün ölkə başçısına etdiyi xahişi də Ali Məhkəmə sədrinə xatırladaraq barəsində çıxarılmış məhkəmə hökmlərinin ədalətsiz olduğunu bildirib, gec də olsa pozulmuş hüquqlarının bərpa olunmasını xahiş edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO