Azərbaycan prezidenti İlham Əliyev Pakistana səfər edəcək. xa0
Moderator.az Pakistanın “thenews.com.pk”x9d saytına istinadən bildirir ki, Azərbaycan prezidentinin Pakistana səfəri cari ilin noyabr ayına planlaşdırılır.
Belə ki, cari ilin noybarın 11-də Pakistanın paytaxtı İslamabadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) dövlət başçılarının növbəti Zirvə toplantısı keçiriləcək. Zirvə toplantısında Azərbaycan prezidenti xa0İlham Əliyev də iştirak edəcək. Zirvə toplantısında Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan,
Səudiyyə Ərəbistanı kralı Salman bin Abdel Aziz, xa0İran prezidenti Həsən Ruhani, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Xəlifə bin Zayed Al-Nahyan, İndoneziya prezidenti Coko Vidodo, Malaziyanın baş naziri Nacib Razzak, Qatar əmiri Şeyx Tamim bin Hamad Sani, Misir prezidenti Abdel Fatah Al-Sisi, Əfaqanıstan prezidenti Əşrəf Qani, İraq prezidenti xa0Fuad Masum, Əlcəzair Prezidenti Abdel Aziz Bouteflika, İordaniya kralı İkinci Abdullah, Küveyt əmiri Şeyx Sabah Al-Ahmad Al-Jabar Al-Sabah, Fələstin lideri Mahmud Abbas, Oman sultanı Qaboş bin Said al Said və xa0Nigeriyanın prezidenti Məhəmməd Buhari xa0sammitdə iştirakla bağlı dəvəti qəbul ediblər.
Zirvə toplantısında əsas müzakirə predmeti elm və texnologiyaları və bu xa0sahədə əməkdaşlığın inkişaf etdilməsi mövzusunda olacaq. Bu mövzu 2013-cü ilin fevralında Qahirədə keçirilən 12-ci sammitdə müəyyənləşdirilib.































































































