Danışıqlar aparılacaq.
Macarıstanın “Wizz Air”x9d aviaşirkəti “Azərbaycan Hava Yolları”x9d QSC-yə (AZAL) 2016-cı ilin mart ayından Azərbaycanda uçuşları bərpa etmək niyyətində olduğunu bildirib.
Moderator.az xəbər verir ki, bu barədə Trend-ə QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, bununla bağlı yaxın zamanlarda tərəflərin görüşüb danışıqlar aparması gözlənilir:
“Azərbaycan tərəfindən 2016-ci ilin mart ayından aviareyslərin həyata keçirilməsinə razılıq verilib. Azərbaycan tərəfi “Wizz Air”x9d şirkətinə 2015-ci ilin yay və qış mövsümü ərzində uçuşların həyata keçirilməsi barədə bir neçə müraciət edib, lakin cavab almayıb”x9d.





























































































