Texnologiya Universitetindəki “dekan qətliamı”x9dnın səbəbi...

Texnologiya Universitetindəki “dekan qətliamı”x9dnın səbəbi...

Hazırda oxunan: Texnologiya Universitetindəki “dekan qətliamı”x9dnın səbəbi...

92471
Azərbaycan Texnologiya Universitetinin dekanlıqlarındakı kadr dəyişiklikləri haqqında mətbuatda dərc olunan məlumatlardan sonra redaksiyamıza bu universitetlə bağlı maraqlı məlumatlar daxil olub. 

Moderator.az - a danışan mənbənin məlumatına görə, bu universitetdə qiyabi oxuyan tələblər tədrisin keyfiyyətindən şikayətçidirlər. 

Onların sözlərinə görə, qiyabi təhsil alan tələbələrə imtahan mövzuları verilmir. Dərslər və imtahanlar cəmi 19 gün ərzində baş tutur. Bu isə keçirilən dərsləri mənimsəməyə, imtahanlarda uğurlu nəticə göstərməyə mane olur. Dərsləri mənimsəyə bilməyən tələbələrə 50 manat rüşvət vermək təklif edilir.  

Ehtimal edilir ki, “öz ərizəsi ilə işdən çıxan”x9d dekanlar əslində məhz yol verdikləri qanunsuzluqlar səbəbindən vəzifələrindən azad ediliblər.

Xatırladaq ki, dünən adıçəkilən təhsil müəssisəsinin 4 fakültəsinin dekanı - standartlaşdırma və texnoloji maşınlar fakültəsinin dekanı, dosent Namiq Əsgərov, qida məhsullarının texnologiyası və turizm fakültəsinin dekanı, dosent Arzu Həsənov, iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Xalidə Ağayeva və istehlak mallarının texnologiyası və ekspertiza fakültəsinin dekanı, dosent Namiq Davudov avqustun 4-dən öz ərizələri ilə tutduqları vəzifədən azad olunduğu bildirilirdi. Növbəti dekan seçkiləri keçirilənədək onların vəzifəsinin icrası dekan müavinlərinə həvalə olunduğu deyilirdi. 

Bu azmış kimi institutun rektoru Akif Süleymanova da avqustun əvvəllərində təhsil naziri Mikayıl Cabbarov tərəfindən töhmət cəzası alıb... 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO