Məcburi köçkünlər “Azərbaycan Dəmir Yolları”x9dna məxsus inzibati binadan çıxarılacaq

Məcburi köçkünlər “Azərbaycan Dəmir Yolları”x9dna məxsus inzibati binadan çıxarılacaq

Hazırda oxunan: Məcburi köçkünlər “Azərbaycan Dəmir Yolları”x9dna məxsus inzibati binadan çıxarılacaq

87283
Onlara veriləcək məbləğ açıqlandı.

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun tikintisinə mane olan məqamlardan biri “Azərbaycan Dəmir Yolları”x9d QSC-nin balansına məxsus olan inzibati binada məcburi köçkünlərin yerləşməsi ilə bağlıdır.

Moderator.az -a bu barədə “Azərbaycan Dəmir Yolları”x9d QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib. 

Onun sözlərinə görə, məcburi köçkünlərin inzibati binadan çıxarılması üçün hər ailəyə 30 min manat vəsait ayrılacaq:

“Artıq Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə danışıqlar aparılıb. Hər ailəyə təxminən 30 min manat vəsaitin ayrılması nəzərdə tutulub”x9d-deyə, N.Əzməmmədov qeyd edib. 

Onun sözlərinə görə, qeyd olunan məbləğ məcburi köçkünlərin hesablarına köçürüləcək. 

Bundan başqa, o vurğulayıb ki, planlaşdırılır ki, yaxın günlərdə onların köçürülməsi işi həyata keçirilsin.  

“QSC orda yenidənqurma rabitə işləri həyata keçirməlidir”x9d - deyə, o əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO