Cahangir Əsgərova görə “AAAF Park”x9d da “uçdu”x9d  ”“ Tkinti dayandı, narazılıqlar başladı

Cahangir Əsgərova görə “AAAF Park”x9d da “uçdu”x9d ”“ Tkinti dayandı, narazılıqlar başladı

Hazırda oxunan: Cahangir Əsgərova görə “AAAF Park”x9d da “uçdu”x9d ”“ Tkinti dayandı, narazılıqlar başladı

87122
Xırdalanda salınan məşhur “AAAF Park”x9d yaşayış kompleksində işlər tamamilə dayanıb və bu da müştərilərin ciddi narazılığına səbəb olub.

AzNews.az-a daxil olan məlumata görə, işlərin tamamilə dayandırılması son günlər aviabiletlərin bahalığına kəskin ictimai qınağa tuş gələn AZAL prezidenti Cahangir Əsgərovun hakimiyyətdəki dayaqlarını itirməsi, fəaliyyətinin təftişə başlanılması ilə əlaqədardır. 

Xatırladaq ki, “AAAF İnşaat”x9d AZAL prezidenti Cahangir Əsgərova və Beynəlxalq Bankın sabiq prezidenti, maliyyə xəyanətinə görə işdən çıxarılan Cahangir Hacıyevə bağlılığı var. MMC adındakı AAAF abreviaturasının Cahangir Əsgərovun prezidenti olduğu Azərbaycan Ağır Atletika Federasiyasına (AAAF) işarə olduğu deyilir. “AAAF Park”x9d yaşayış kompleksinin rəhbəri Tofiq Heydərov vaxtilə Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti olub. Yəni birbaşa C.Əsgərovun müavini vəzifəsini daşıyıb.

Şirkətin Cahangir Hacıyevə bağlılığı isə ərazinin aidiyyəti kompleksin üzərində tikildiyi torpağın Azərbaycan Beynəlxalq Bankının (ABB) girovluğunda olmasından keçir. Vaxtilə “Bakı Quşçuluq”x9d ASC-nin yerləşdiyi bu ərazi sonradan şübhəli yollarla özəlləşdirilib. C.Hacıyevə “AAAF inşaat”x9d MMC-nin digər bağlılıqları da var. C.Hacıyev bu şirkətə daha aşağı faizlə uzunmüddətli kreditlər verib. 

İndi bu hər iki şəxsin “vurulması”x9d “AAAF Park”x9dın müflisləşməsinə səbəb olub. Cahangir Əsgərovun işdən çıxarıldıqdan sonra Beynəlxalq Bankdan şirkətə verilən aşağı faizli kreditlər dayandırılması park ərazisində aparılan işləri onsuz da ləngitmişdi, eləcə də uzun müddətə evlərin kreditlə satılması dayandırılmışdı. Məlumata görə, şirkət müştərilər qarşısında götürdüyü öhdəliyi Cahangir Əsgərovun yardımları ilə həyata keçirirmiş. C.Əsgərovun özünün çıxılmaz vəziyyətə düşməsi isə “AAAF Park”x9dın son nəfəsliyini də bağlayıb. İndi şirkətdə ciddi narahatçılıqlar var. İşlərin dayandırılması ilə yanaşı, şirkətdə çalışanların ixtisarına başlanıldığı deyilir.

Qeyd edək ki, ölkədəki bank soyğunçuluğu ilə bağlı aparılan kütləvi həbslər vaxti “AAAF Park”x9d yaşayış kompleksinin rəhbərinin saxlanılması xəbəri yayıldı. Onun Beynəlxalq Bankdan götürdüyü fantastik məbləğdə pulun banka qaytardıqdan sonra buraxıldığı deyilirdi. Həmin vaxt şirkətin onun əlindən alınaraq Beynəlxalq Bankın tərkibinə qatılacağı xəbəri də yayılmışdı. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO