Beynəlxalq Bankın İdarə Heyətinə yeni sədr seçildi  - FOTO

Beynəlxalq Bankın İdarə Heyətinə yeni sədr seçildi - FOTO

Hazırda oxunan: Beynəlxalq Bankın İdarə Heyətinə yeni sədr seçildi - FOTO

86919
Azərbaycan Beynəlxalq Bankı ASC-nin Müşahidə Şurasının iclası keçirilib. Moderator.az xəbər verir ki, "Report"un ABB-dəki etibarlı mənbədən əldə etdiyi məlumata görə, Müşahidə Şurasının iclasında İdarə Heyətinə sədr seçilməsi və İdarə Heyətinin üzvlərinin təyin edilməsi məsələsi müzakirə edilib. 


Məlumata görə, İdarə Heyətinin sədri vəzifəsinə 3 nəfərin namizədliyi qeydə alınıb. Onlardan biri "Kapital Bank" ASC-nin keçmiş, "Azəri-Türk Bank" ASC-nin isə indiki rəhbəri Elmar Məmməd oğlu Məmmədov, ikincisi Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, “Aqrarkredit”x9d Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri Məmməd Qurban oğlu Musayev və üçüncü əsas namizəd isə Azərbaycan Mərkəzi Bankının baş direktoru Rəşad Temraz oğlu Orucov olub.

İdarə Heyətinin sədri vəzifəsinə Elmar Məmmədov seçilib.

ABB-dən əldə etdiyimiz digər məlumatda isə bu gün səhər saatlarında bankın İdarə Heyəti sədrinin müavini və baş maliyyə direktoru Rəşad Tofiq oğlu Hacıyev vəzifəsindən istefa verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO