"3-4 aya Qarabağ məsələsində ciddi dönüşlər olacaq"

Hazırda oxunan: "3-4 aya Qarabağ məsələsində ciddi dönüşlər olacaq"

80185
Yaxın 3-4 ay ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində ciddi dönüşlər olacaq. 

Bunu Moderator.az -a açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, əslində Azərbaycan Dağlıq Qarabağ məsələsinin  siyasi və sülh danışıqları yolu ilə   tənzimlənməsinə  ümidi yoxdur: “Çünki rəsmi Bakı artıq ATƏT MQ-nin  münaqiənin həlli istiqamətindəki həyata keçridiyi vasitəçilik missiyasına inanmır və sadəcə bu formatda aparılan danışıqlar bir çətir rolunu oynayır. Azərbayacan ATƏT çərçivəsində aparılan danışıqlarla beynəlxalq aləmin əleyhinə çıxmadığını sübut etmək istəyir.”x9d

Ekspert əlavə edib ki, proseslər  artıq hərbi sahədə gedir: “Görürsünüz ki, son vaxtlarda Müdafiə Naziri gecə-gündüz  hərbi təlimlər keçirir. Bu gün Azərbaycanın hərbi təlimlərin keçirilmədiyi gün və ya həftə yoxdu.  Bütün qoşun növləri üzrə hərbi təlimlər keçirlir. Hətta bəzi qoşun növləri artıq bir neçə dəfə təlimlər keçrib. Bu təlimlərin də hədəfi və məqsədi bəllidir. Bu təlimlər tam döyüş hazırlıq xarakterli təlimlərdir. Bundan əlavə olaraq son dövrlərdə Azərbaycan Türkiyə ilə birgə  hərbi təıimlər keçirir və bu təlimlər də  döyüş hazırlığı xarakteri daşıyır. Yəni Azərbaycan  aşkar şəkildə  hərbi yolla problemin həllinə üstünlük verir və  buna hazırlıq gedir. Deyə bilmərəm bu proses nə zaman yekunlaşacaq. Ancaq onu deyə bilərəm ki, proses yaxın 3-4 ay ərzində başa çatmalıdır. Və Qarabağ məsələsində ciddi dönüş olmalıdır.”x9d
Politoloq deyib ki, Azərbaycan prezidentinin  problemin həlli ilə bağlı konkret mövqeyi və konsepsiyası artıq var: “Bu konsepsiyanı nə zaman həyata keçirəcəyi  ancaq onun özü bilir. Ola bilsin ki. Bu konsepsiyanın həyata keçrilməsi ilə Qarabağ problemi birdəfəlik həll olunsun.”x9d
Azərbaycan hərbçilərin rus həbçilərlə Xəzər dənizində keçrilən birgə hərbi təlimlərə toxunaraq bildirdi ki, bu təlimlər erməniləri həddən artıq naraha t etməyə başlayıb və bu narahatçılıqlarını da dilə gətirirlər: “Hesab edirəm ki, bu təlimlər Azərbaycan və rusiya hərbçiləri arasında  inam və etimad mühitinin formalaşmasına xidmət edir. Bu inam və etimad özünü yaxın gələcəkdə Qarabağda da göstərəcək.”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO