“Abid Şərifov jurnalistin timsalında xalqa və hakimiyyətə hörmətsizlik etdi”x9d

“Abid Şərifov jurnalistin timsalında xalqa və hakimiyyətə hörmətsizlik etdi”x9d

Hazırda oxunan: “Abid Şərifov jurnalistin timsalında xalqa və hakimiyyətə hörmətsizlik etdi”x9d

79112

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq və hüquqşünas İlqar Altay Moderator.az-a açıqlamasında baş nazirin müavini Abid Şərifovun media əməkdaşı ilə kobud davranışına münasibət bildirib:


“Abid Şərifov təssüflər olsun ki, baş nazirin müavini-yüksək vəzifə səlahiyyətlisi olaraq telekameralar, jurnalistlər qarşısındakı davranışı ilə mediaya, oradan xalqa, ondan da əvvəl, təmsil etdiyi dövlət hakimiyyətinə qarşı hörmətsizlik sərgilədi. Düşünə bilmədi ki, KİV, media, jurnalist çoxmilyonlu izləyicinin rəsmi xəbər aparıcısıdır, qulagı, gözüdür. Sən KİV nümayəndəsinə qarşı nə davranış sərgiləsən, insanlar bunu avtomatik öz şəxsinə yönəlik qəbul edir. Düşünə bilmədi ki, belə bir yüksək vəzifəlinin davranışındakı mənfilik onun üzvü oldugu komandaya qarşı mənfi fkir yaradır.


Düşünə bilmədi ona görə ki, yəqin düşüncə bitib tükənib, ya da ki, olan-qalan düşüncə tamamilə dövlət idarəçiliyndən, ölkə mənafeyindən kənar məkandadır. Hiss olundu ki, yüksək cinli məmur yorulub, həvəssizdir, bu tükənmə onu qıcıqlı, acıqlı edib. Enerji-düşüncəsinin olan-qalan hissəsi də özünün şəxsi sosial həyatı və öz dolmuş iqtisadi "sistemi" idarəçiliyi üçün ancaq kifayət edir.


Son dövrdə ölkə həyatında baş vermiş ardıcıl şokedici hadisələr həm dövlət və həm də xalq üçün bir sıra mətləbləri ayırd etdi. "Maliyyə xəyanəti" kütləvi fırıldağı ölkənin bank-sahibkarlıq sistemində, Azadlıq prospektindəki bina yanğısı faciəsi məmur-təhlükəsizlik sistemində, xalqın yangınla yaşadığı matəmə olan Mətanət-ATV kobudluğu ölkənin telekanal məkanında ciddi dəyişikliklərin labüdlüyünü bəyan etdi. İctimaiyyət sadəcə düşünür və müzakirə edirdi ki, dövlət rəhbərliyi hansı sferada və xüsusilə hansı səviyyədə dəyişikliklər, islahatlar aparmalıdır?


Abid Şərifov öz mahiyyət və davranış səviyyəsi ilə bu suala konkret cavab verdi. Ölkədə köklü islahatların hansı səviyyədən başlanması vacibliyini göstərdi. Həm dövlət rəhbərliyinə, həm də bütün xalqa. Qətiyyətli radikal islahatlar vacibdir və xalqın bu xeyirxah işdə dövlət tərəfində dayanması birmənalıdır.


Bəzən, dəyişiklik vaxtı çatmış hansısa bir sistem, bir vəzifəçi və yaxud da nəsə bir mexanizm, əşya bu addım vaxtında edilmədikdə özü problemlər yaratmaqla bunu xatırladır. Sanki tələb edir”x9d.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO