Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev daxili işlər naziri Ramil Usubovun iddiası əsasında baş tutan məhkəmə prosesi sonucu ona kəsilən 1140 manatlıq cəriməni ödəməyə macal tapmamış yeni bir cərimə ilə üzləşib. Bu kəs tanınmış ziyalı məhkəmə tərəfindən ona kəsilən 480 saatlıq ictimai işlər cəzasına uyğun olaraq “işə çıxmadığı”x9d üçün cərimələnib.
Məsələ ilə bağlı Moderator.az-a və "Hürriyyət" qəzetinə açıqlama verən E.Quliyev hakimiyyətin ona yönəlik təzyiqlərini durmadan artırdığını
və vəziyyətinin getdikcə kritikləşdiyini bildirib.
E.Quliyevin sözlərinə görə, qanunvericilik 63 yaşı tamam olan şəxslərin ictimai işlərə cəlb edilməsini qadağan edir və onlar da qanunun bu maddəsini əsas tutaraq Nəsimi Rayon Məhkəməsi tərəfindən kəsilən 480 saatlıq ictimai iş cəzasının aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət ediblər:
“Bu gün (dwn”™n-red) 480 saatlıq icbari iş cəzasından
azad etməklə bağlı ərizə ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət
etdik. Müraciətdə Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə 480 saat ictimai
işlər cəzasının üzərimdən götürülməsi xahişi ilə çıxış etdik. Bunu da onunla əsaslandırdıq
ki, 20 aprel 2015-ci il tarixində 63 yaşım tamam olub. Azərbaycan
Respublikasının CM-nin 47.4.4-cü maddəsinə əsasən pensiya yaşına çatmış
insanlara ictimai işlər tətbiq oluna bilməz. Mən də pensiya yaşına çatmışam. Həmçinin,
bəzi xəstəliklərim var. Məhkəməyə xəstəlik haqqında da arayışı təqdim etmişik. Ümid
edirəm ki, bu işə obyektiv baxarlar. Çünki qanunla 480 saatlıq ictimai işlər cəzasından
məni azad eləməlidirlər. Ödəməli olduğum pul cəriməsinin qalan hissəsini də nəyin
bahasına olursa-olsun bu gün (dünən-red) ödəməyi tələb edirlər. Hələ ki, 480
saatlıq ictimai işlər cəzasından azad olunmaqla bağlı məhkəmə qərarı yoxdur, həmin
qərara qədər işə çıxmağım tələb olunur. Dünən mən xəstə olduğum üçün onların təhkim
etdiyi işə gedə bilmədim. Buna görə də akt yazıb mənə qarşı yeni cərimə tətbiq
ediblər. Görünən odur ki, qarşı tərəf öz məqsədinə nail olmaq üçün səylərini
var gücü ilə davam etdirmək niyyətindədir”x9d.
Qeyd edək ki, bugünlərdə
tanınmış ziyalıya dəstək kampaniyası start verilib.
Kampaniyaya
jurnalist Seymur Əliyevin təşəbbüsü ilə aparılır. Kampaniyaya qatılmaq istəyən
hər bir şəxs aşağıdakı hesab nömrəsinə pul köçürə bilər. (Adı: Axcessbank QCS Sülh filialı
Kod: 510459 Vöen/int: 1400057421 Corr acc: AZ10NABZ01350100000000056944 SWIFT:
ACABAZ22 Name: Əliyev Seymur Telman oğlu Account No:
AZ45ACAB00260100000000095172)
Qeyd edək
ki, xaricdəki soydaşlarımız arasında məlum kampaniya Laçın Məmişov tərəfindən
aparılır və kampaniyada iştirak etmək istəyən ölkə xaricindəki soydaşlarımız
Laçın bəyə müraciət edə bilər. Artıq L.Məmişov tərəfindən “Hamımız Eldəniz
Quliyevik!”x9d şüarlı “event”x9d də yaradılıb. (//www.facebook.com/events/947160078656884/permalink/947160758656816/ )
Məlumat üçün bildirək ki, daxili işlər naziri
Ramil Usubov 2014-cü ildə Eldəniz Quliyevə qarşı Cinayət Məcəlləsinin 147 və
148-ci (təhqir və böhtan) maddələri ilə xüsusi ittiham qaydasında iddia
qaldırmışdı. İddiaya səbəb Eldəniz Quliyevin yol polisi barədə Ramil Usubova
yazdığı müraciət olub. Eldəniz Quliyev “Feysbuk”x9d şəbəkəsində yazdığı,
“Moderator.az”x9d saytında da dərc olunan həmin müraciətində bəzi yol polisi
əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini bildirib və
naziri konkret addımlar atmağa səsləyib. Nəsimi Rayon Məhkəməsinin təyin
etdiyi linqvistik ekspertiza Eldəniz Quliyevin yazdıqlarında təhqir
məqamlarının olduğu barədə rəy verib. Beləliklə də ötən il 30 oktyabr tarixində
Nəsimi Rayon Məhkəməsi Eldəniz Quliyevin 480 saat müddətində ictimai işlərə
cəlb olunması və 1000 manat məbləğində cərimələnməsi ilə bağlı qərar çıxardıb.
Məhkəmə zamanı keçirilən ekspertizanın xərci də E.Quliyevə kəsilən cərimənin
üzərinə əlavə edilib və bununla da tanınmış ziyalının ödəməli olduğu məbləğ
1140 manata çatıb.
Bundan başqa, E.Quliyevin ölkədən çıxışı
yasaqlanıb və o, hazırda “fəxri əsir”x9d statusuna malik demokratlardan biridir.
Pərviz Əliyev





























































































