Bu gün Sücaətin məzarı yanır, bu gün Bəhmənimin ruhu yasdadı...

Bu gün Sücaətin məzarı yanır, bu gün Bəhmənimin ruhu yasdadı...

Hazırda oxunan: Bu gün Sücaətin məzarı yanır, bu gün Bəhmənimin ruhu yasdadı...

73992
Bu gün Kəlbəcərin işğalından 22 il ötür. Moderator.az gənc şair Səxavət Kəlbəcərlinin bu işğala yenicə həsr etdiyi şeiri oxuculara təqdim edir:

ZƏRİ TAPDALANIB AZƏARBAYCANIN

Bu gün Kəlbəcərin işğal günüdü
Bu gün ağır elim Murovdan keçir.
Ata balasından nigaran qalır
Oğul ata adlı girovdan keçir.

Bu gün Kəlbəcərin işğal günüdü
Solur, Kəlbəcərin çiçəyi solur.
Zirvədə qartalın gözü yaşarır
Kolda bənövşənin ləçəyi solur.

Bu gün Kəlbəcərin işğal günüdü
Bu gün Sücaətin məzarı yanır.
Bu gün Bəhmənimin ruhu yasdadı.
Külli Kəlbəcərin yazarı yanır.

Bu gün Kəlbəcərin işğal günüdü
Bu günü anmışıq 21 dəfə.
Bir igid ömüründən uzun zamanda
Qeyrətə gəlmirik niyə bir dəfə?

Bu gün Kəlbəcərin işğal günüdü
Yeri tapdalanıb, Azərbaycanın.
O cənnət bənzəri Kəlbəcər adlı
Zəri tapdalanıb Azərbaycanın.

 01.04. 2015.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO