Xalidə Xalid: “ Erməni sözçüsü  öz adını kimə qoymaq istəyir?”x9d

Xalidə Xalid: “ Erməni sözçüsü öz adını kimə qoymaq istəyir?”x9d

Hazırda oxunan: Xalidə Xalid: “ Erməni sözçüsü öz adını kimə qoymaq istəyir?”x9d

73636

Şəhriyarşünas alim, tanınmış ziyalı, araşdırmaçı-yazar Xalidə Xalid Moderator.az-a açıqlamasında qondarma Dağlıq Qarabağ respublikası prezidentinin mətbuat katibi David Babayanın son bəyanatına münasibət bildirib. Tanınmış ziyalının sözügedən açıqlamasını oxuculara təqdim edirik:

"Azərbaycan torpaqlarının iyirmi faizini işğal etmış Ermənistan və ermənilərin quyruq bulayanları Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun bu günkü uğurlarını görüb, qorxuya düşür və bizə qarşı mübarizədə bütün iyrənc vasitələrdən istifadə etməkdən çəkinmirlər.

 Zəif gücə, nizamsız orduya sahib olan Ermənistan Azərbaycanın hər an vuruşaraq, öz torpaqlarını azad edəcəyindən yaman qorxuya düşüb.

Elə ona görə də hər gecə bir yuxu görüb, səhəri də o yuxunu gercəkləşdirməyə çalışırlar. Amma, öz yuxularının yozumu da elə özlərinə qalır.

Ermənistan və qondarma Qarabağ respublikasının qaniçən, cinayətkar, hakimiyyəti Azərbaycan prezidentinin rəhbərliyi ilə Müdafə naziri general-polkovnik  Zakir Həsənovun torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində apardıqları məqsədyönlü fəaliyyətdən əməllicə təşvişə düşdükləri aydın görünür.

Qondarma respublika prezidentinin mətbuat katibi David Babayan bu qorxunu bir neçə gün öncə Tert.am  saytına verdiyi açıqlamasında bir  daha sübut edib.

David Babayan  Azərbaycan Müdafiə nazirinin “ Azərbaycan əsgərləri gecə-gündüz hər imkandan istifadə edərək düşməni məhv etməlidirlər, elə olmaldır ki, onlar həmişə qorxu içərisində yaşasınlar”x9d fikrini dilə gətirərək daha sonra deyib ki, Azərbaycanın Müdafiə naziri öz əsgərləri qarşısında Azərbaycanın tarixi torpaqları olan İrəvan, Zəngəzur, Şuşa və Xankəndinin azad olunacağını da bəyan etdiyini vurğulayıb. Onu da qeyd edim ki, öz erməni xislətinə sadiq qalan Babayan bu yerlərin adını və azad olunma kəlmələrini dırnaq arasında yazıb. Amma nə etsədə faydası yoxdur çünkü Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərərfindən tanınıb və yer adları beynəlxalq aləmdə qəbul edilib.

Sadəcə olaraq Babayan o qədər qorxuya düşüb ki,  bu bəyanata ATƏT, BMT və digər beynəlxalq təşkilatların, insan haqları məhkəməsinin cavab verməsini “tələb”x9d edib.

Qəddar, qaniçən, körpə cəlladının düz dediyi bircə fikir var “Faşizm həm də patologiyadır.”x9d  Çox “maraqlı”x9d yanaşmadı “cənab”x9d Babayan tərəfindən.

 Amma Babayanın qalan fikirləri ancaq gülüş, eyni zamanda ikrah hissi doğurur. Amansızlıqda faşistləri də geridə qoyan ermənilərə münasibət başqa cür də ola bilməz mənim fikrimcə.

Təbii ki Azərbaycan Ordusunun gücünü,  Azərbaycan Ordusunun son iki ildə düşmən mövqelərinə vurduğu zərbələri rahatlıqla həzm etmək bu nankorların işi deyil. Tarix boyu bunlar özlərini məzlum, yazıq, günahsız millət kimi dünyaya sırımağa çalışıblar.

Ama əslində bu necədir?

Təkrar da olsa, uzaq deyil, yaxın keçmişə nəzər salaq:

Zori Balayan “Ruhumuzun dirçəlişi”x9d adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır:

“Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”x9d.

Baxın,  heç faşistlərin belə törətmədikləri cinayətləri törədən bir vəhşi  soydaşı, bir yazıçısı olan erməni sözçüsü, öz adını kimə qoymaq istəyir?!

Son 3-4 gün ərzində erməni mətbuatı özünü dünyaya məzlum millət kimi təqdimetmə kampaniyasına yenidən başlayıb. Tarixə nəzər salsaq  görürük ki, bu həmişə ermənilərin ən rahat qələbə qazanmaq siyasəti olub. D.Balayanın müsahibəsini oxuduqca insan həqiqətən ermənilərin mənfur olduqları qədər də,  hiyləgər, riyakar olduqlarının da dönə-dönə şahidi olur.

Cəbhə bögəsində guya ilkin zərbələrin Azərbaycan ordusu tərəfindən vurulması, günahsız erməni əsgərlərinin həlak olması, azərbaycanlıların hər gün onların tutduqları istiqamətləri top atəşinə tutmaqları barədə gülünc fikirlər söyləməkdən çəkinmir bu adam.

Cənab nazirimizin bu fikrinə istinadən edərək daha sonra deyir ki, əgər Azərbaycan dövləti bu fikri dəstəkləməsəydi, nazir də cəsarətlə belə bəyanat verməzdi. Təbiidir. Başqa nə deməlidir, bu gün iflas olmuş iqtisadiyyata, gücdən duşmuş, intizamsız orduya, bir milyondan çox ac-yalavac əhaliyə  malik olan “Böyük Ermənistan”x9dın və qondarma  Qarabağın sözçüsü?!

Azərbaycan Dövləti, Azəbaycan Ordusu güclənir. Bu proses hər gün daha inamla,daha uğurla davam edir. Bu gün Azərbaycan Ordusu yüksək silah növlərinə, hərbi-texniki bazaya, nizamlı və səviyyəli əsgər və zabit heyətinə malikdir.

Bütün bunlarsa düşmən tərəfi qane etmir və beləliklə də onlar bacardıqları qədər Azərbaycanı dünya səviyyəsində media mübarizəsi ilə, yalançı, şişirtmə illüziyalarla gözdən salmağa çalışırlar. Amma, bütün bunlarla ermənilər heç nə əldə edə bilməyəcəklər. Çünkü artıq tək bizə yox, bütün dünyaya ermənilərin iç üzü bəllıdir.

Sonda yenə qayıdaq Babayanın fikrinə.  O düz deyir, erməni xisləti, “Böyük Ermənistan”x9d ideyası, işğalçılıq siyasəti və faşızm təhlükəli bir xəstəlikdir. Ya ermənistanın cinayətkar rəhbərliyi bu xəstəlikdən könüllü, havadarlarının köməyi ilə müalicə olunmalıdır, ya da ki Azərbaycan Ordusunun gücünü, qüdrətini dadaraq  mənfur xəstəliklərindən sağalacaqdır".

PS. Azərbaycanın Müdafə naziri tez-tez çıxışlarında erməni əsgərlərinə, erməni analarına müraciət edərək bildirir ki, bu mənasız işdən, sərsərı ideyadan əl cəksinlər, silahı yerə qoyub təslim olsunlar, işğal etdikləri əraizlərdən çəkilsinlər. Çünkü artıq Azərbaycan ordusu və onun əsgəri intizamlı, əvvəlÂxadkinÂxaddən daha mükəmməl hazırlıqlı, daha yüksək təminatlı, daha yüksək texniki və hərbi gücə malıkdir. Odur ki, torpaqlarımızı azad etmək etmək üçün düşmənə endirəcəyimiz  zərbə də daha sarsıdıcı olacaq və bunun da əzabını bütün erməni xalqı çəkəcəkdir. Amma hələ də gec deyil, erməni valideyinlər öz öladlarını xilas edə bilərlər. Öz övladlarını mənasız ölümə yollamamaqla, işğalın sona çatmasına imkan və şərait yaradaraq.

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO