“Məmməd Zeynalovun istefasının səbəbi qaranlıqdır”x9d

“Məmməd Zeynalovun istefasının səbəbi qaranlıqdır”x9d

Hazırda oxunan: “Məmməd Zeynalovun istefasının səbəbi qaranlıqdır”x9d

68957
“Onun partiyadan getməsi böyük itki sayılmır”x9d

Əbülfəz Elçibəy hakimiyyəti dönəmində ədliyyə nazirinin müavini olmuş və 2003-cü ildən Müsavat Partiyasının üzvü olan Məmməd Zeynalov özünün facebook səhifəsində Müsavatdan istefa verdiyi barədə açıqlama yayıb: “Qərarıma sonuncu qurultayın nəticələri də təsir edib. Arif Hacılı tək deyil. Orada başqa adamlar da var. Yəni mən məhz Müsavat rəhbərliyinin siyasətinə görə belə bir addım atmışam. Bu gündən etibarən siyasətlə məşğul olmayacağımı bəyan edirəm.

Arqumentimi əsaslandırmaq üçün İsa Qəmbər və Mustafa Hacıbəylidən başqa istənilən partiya funksioneri ilə debata hazıram”x9d.

Mustafa Hacıbəyli isə Məmməd Zeynalovun istefa verməsinə təəssüf edir. Bu barədə M.Hacıbəyli “Yeni Müsavat”x9da açıqlamasında bildirib. Onun sözlərinə görə, M.Zeynalovun istefa verməsi arzuolunan deyildi: “Biz istəməzdik ki, o məhz indiki mərhələdə istefa versin. Təəssüf ki, istefa verib. Məmməd Zeynalovun istefasının səbəbi mənim üçün qaranlıqdır. Eyni zamanda demək istəyirəm ki, Məmməd Zeynalovun istefa verməsi elə də böyük itki sayılmır. Çünki Məmməd Zeynalov Müsavatda o qədər də fəal şəxs deyildi. Partiya üçün fəaliyyəti demək olar ki, yox idi. Son bir-iki ildə Məmməd Zeynalovu partiyanın qərargahında görməmişəm, partiyanın tədbirlərində də görməmişəm. Yadımdadır ki, ötən seçkilərdə Məmməd Zeynalov demək olar ki, partiyanın heç bir tədbirlərində iştirak eləmədi. Ondan əvvəlki dövrdə keçirilən referendumda Məmməd Zeynalov Müsavatın referendum üzrə yaratdığı təşkilat qrupunun səlahiyyətli nümayəndəsi təyin olunmuşdu. Amma o, səlahiyyətli nümayəndə olaraq da fəaliyyət göstərməmişdi. Hətta onun səlahiyyətli nümayəndə vəsiqəsi referendum qurtarana qədər qərargahdan götürülmədi, qalmışdı qərargahda. Məmməd Zeynalov Müsavatın sonuncu qurultayında da heç görünmədi, hansısa seçkili orqanlara namizədliyini də verməmişdi. Dediyim odur ki, Məmməd bəy son illərdə partiya işində iştirak etmirdi”x9d.

M.Hacıbəyli onu da dedi ki, Məmməd Zeynalovun onunla debata getmək istəməməsinin səbəbi də qaranlıqdır: “Çünki Məmməd Zeynalovla aramızda heç bir ədavət olmayıb. Hətta futbol mövzusunda belə onunla mübahisəmiz olmayıb. Aramızda rəsmi müsavatçı münasibətləri olub. Mənə çox təəccüblü gəlir onun mənim adımı xüsusi çəkməsi. Düzdür, bir tərəfdən İsa Qəmbərlə mənim adımı yan-yana çəkməsi mənim üçün qürurdur. Amma eyni zamanda belə görsənir ki, Məmməd Zeynalov ümumiyyətlə debata hazır deyil. Yəqin debatlarda mənim hazırcavablığımdan çəkindiyi üçün o cür danışıb. Mən bunu ehtimal edirəm. Məmməd Zeynalova müsavatçı olduğu üçün həmişə hörmət qoymuşuq. Müsavata dost olan hər kəs bizim dostumuzdur. Haqsız yerə Müsavata qarşı gedən hər kəs isə qarşısında bizi görəcək”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO