20 Yanvar xalqımızın şanlı-şərəfli mübarizə tarixidir

20 Yanvar xalqımızın şanlı-şərəfli mübarizə tarixidir

Hazırda oxunan: 20 Yanvar xalqımızın şanlı-şərəfli mübarizə tarixidir

67405
Bu il Azərbaycan xalqı 20 Yanvar faciəsinin 25-ci ildönümünü ümumxalq faciəsi kimi qeyd edəcək . Əsrin sonunda baş verən bu dəhşətli faciə, həm də xalqımızın şanlı-şərəfli mübarizə tarixidir.

Bu sözləri AzərTAc-a eksklüziv müsahibəsində “Aşıq Şəmşir”x9d Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qəmbər Şəmşiroğlu söyləyib. O bildirib ki, Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarını qurban verən 20 Yanvar şəhidləri ölümləri ilə ölməzliyə qovuşaraq, adlarını tariximizin şərəf salnaməsinə yazıblar.

O, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bu faciəyə hüquqi qiymət verildiyini, bu qırğının bütün dünya xalqlarına çatdırıldığını, Bakıda baş verənlərin günahkarlarının tapılaraq qanun qarşısında cavab vermələri üçün lazımi işlərin görüldüyünü bildirib.

Q.Şəmşiroğlu deyib ki, xalqımız heç zaman şəhidlərimizi unutmayacaq və yüz illər ötəcək müqəddəs Şəhidlər Xiyabanı hər zaman ziyarət ediləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO