Hidayət Orucovla bağlı daha bir neçə ittiham- FOTO

Hidayət Orucovla bağlı daha bir neçə ittiham- FOTO

Hazırda oxunan: Hidayət Orucovla bağlı daha bir neçə ittiham- FOTO

66702
Bir neçə gün öncə Qırğızıstanda yaşayan soydaşımız, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov Moderator.az vasitəsilə Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov haqqında prezident İlham Əliyevə tükürpədici açıq məktub göndərmişdi.---moderator.az/?xeber=66565

N. Məmmədov səfir haqqında inanılmaz ittihamlarla çıxış edərək onu məhkəməyə verdiyini vurğulamışdı. İndi isə o Qırğızıstan Baş Prokurorluğunun səfir Hidayət Orucovun notasına cavabının mətnini göndərib. Məktubda səfirin Nüsrət Məmmədov haqqında iddialarının təsdiqini tapmadığı deyilir:

 Qırğızıstan Respublikasının Baş Prokurorluğu
22.12.14 â„–11/ 2-362-14

Bişkek şəhəri, Kustanay küçəsi, 57 

Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sədri Nüsrət Məmmədova

Azərbaycan Respublikasının Qırğızıstandakı səfiri Hidayət Orucovun ərizəsində göstərilən sizin və fondun fəaliyyətindəki qanun pozuntuları 2014-cü il sentyabr ayında Qırğızıstan Respublikası MTN-də aparılmış araşdırmalar, sizin müraciətiniz əsasında Baş Prokurorluqda baxılmışdır.
Qırğızıstan Respublikası MTN-nin verdiyi məlumata əsasən, 2014-cü il avqust ayının 29- da Qırğızıstan Respublikası XİN-dən MTN-ə Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı səfiri Hidayət Orucovun sizin və fondun fəaliyyətində qanun pozuntularını özündə əks etdirən notası daxil olmuşdur.
Qırğızıstan Respublikası MTN-nin apardığı araşdırmalar nəticəsində Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı səfirinin notasındakı sizin və fondun fəaliyyətindəki qanun pozuntuları  haqqındakı məlumatlar təsdiqini tapmamışdır. 

Baş Prokurorluğun şöbə müdiri K. Abılkasımov

Nüsrət Məmmədov Moderator.az-a göndərdiyi materialda yazır:

"Hidayət Orucov yazmışdı ki, mən guya Heydər Əliyev Fondunun vəsiqəsini 70 000 (yetmiş min) dollara satıram. Röya deyilən bir qızı gətirib ondan Akademiyaya "perevod" olunması üçün 3000 (üç min) dollar pul almışam, Qənirə Paşayeva gəlməli idi buraya. Biz onun "Ruhum Qarabağdandır" bədii kompazisiyasını qırğız dilinə tərcümə edib, dublyaj etdirmişdik. Bu film Şuşanın ermənilər tərəfindən işğal olunmasına həsr olunub. Film Qənirə xanımın şeirləri əsasında çəkilmişdi. Guya mən kimdənsə 100 (yüz dollar) alaraq demişəm ki 100 dollar ver, səni Qənirə xanımla görüşdürüm. Yazır ki, Nüsrətin əlində Heydər Əliyev parkının saxta sənədləri var. (Park üçün yeri mən almışam. Sənədlər saxta necə ola bilər?) Yazır ki,  kompitent orqanlara müraciət ediblər, guya Heydər Əliyev Fondunu bağlayıblar. (doğrudan da Hidayət Orucov Qırğızıstan ədliyə nazirinə müraciət eləmişdi Heydər Əliyev Fondunun bağlanması üçün. Onlar da deyiblər ki, fondun bağlanması üçün heç bir əsas yoxdur). Çox şər -böhtanlardan sonra yazır ki, Türkdilli dövlətlərin siyasətinə dəstək fondunu bağlasınlar. 
Biz 68 kitab tərcümə edib pulsuz yayan bir təşkilatıq. 15-ə qədər kitablar Azərbaycanın tarixinə, onun başına gətirilən bəlalardandır. 2009- cu ildə bizim nəşr etdirdiyimiz “Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər tarixi faktlarla”x9d kitabına görə Ermənistan XİN-i Qırğızıstan XİN-ə etiraz notası göndərmişdi. Belə bir fondun bağlanmasında Hidayət Orucovun hansı marağı ola bilər? 
Sonda Hidayət Orucovun göstərdiyi bütün məlumatlar təsdiqini tapmadı. O məndən nə az, nə çox, düz 5 dəfə MTN-ə yazıb. Məni 5 dəfə yoxlayıblar. Amma Hidayət Orucovdan soruşan yoxdur ki, niyə Bişkekin mərkəzi küçəsində Heydər Əliyevin portretini çıxartdırdı...?

Hidayət Orucovla bağlı daha bir neçə ittiham- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/3126.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO