Rafiq Əliyevdən İlham Rəhimlinin tədqiqatına ilginc təqdimat...

Rafiq Əliyevdən İlham Rəhimlinin tədqiqatına ilginc təqdimat...

Hazırda oxunan: Rafiq Əliyevdən İlham Rəhimlinin tədqiqatına ilginc təqdimat...

63857
Hörmətli BISC qrupun üzvləri,

Professor İlham Rəhimli qeyri-səlis məntiqin incəsənətdə tətbiqi üzrə maraqlı tədqiqat həyata keçirir. Aşağıda onun bu məsələyə ümumi görüşü ilə tanış olmaq maraqlı olardı.

Hörmətlə, Rafiq Əliyev


İNCƏSƏNƏT QEYRİ-SƏLİS MƏNTİQ İŞIÄžINDA

Müasir dövrdə qeyri-səlis məntiq çoxsaylı elmi tədqiqatlarda tətbiq edilməkdədir. Lakin, qeyri-səlis məntiqin sənətdə tətbiqi şedevrlərin həqiqat layını üzə çıxaran nadir bir işdir. Qeyri-səlis məntiqin prinsipləri incəsənət elementlərin və onların arasında əlaqənin təsvirində çox faydalıdır və sənətin incəliklərinə yol açır.

İncəsənət nümunələrini Qeyri-səlis məntiqlə qavramağa, təhlilə çalışanda çox maraqlı həqiqət qatları açılır. Əbədiyyət qazanmış musiqi, rəsm, ifaçılıq, bəstəkarlıq... şedevrlərinə qeyri-səlis məntiqlə qiymət vermək dühaların dühalığının fəlsəfi-estetik mahiyyətinə daha gur işıq saçar.

Sənət əsərini Qeyri-səlis məntiqlə təhlil edərkən emosional dərk idrakla qavramanın yol yoldaşıdır. Ancaq emosional duyum qat-qat güclü və çevikdir.

Klassik binar məntiqdə informasiya birbaşa qəbul olunur, öyrədir, zəkada iz buraxır, ölçülə bilir.

Qeyri-səlis məntiqdə informasiya persepsiya xarakterlidir, duyğuları oyadır, çoxçalarlı ruhi mənalar verir. Emosional qavramadan idraki qavramaya ötürülür.

Klassik məntiqlə hansısa dahiyanə əsərə qiymət vermədə rəngin səsi yoxdur. Araşdırıcının Qeyri-səlis məntiqlə yanaşmasında hər bir rəngin nəhayətsiz səsləri var.

Sandro Battiçellinin tabloları öz nəğmələrini lirik tenor səslə «oxuyur».

Rafaelin tablolarının partiturası həzin və kövrək, poetik və yumşaq messo sopranaya uyğundur.

Klassik məntiqdə rəngin ətri yoxdur. Qeyri-səlis məntiqdə rəngin ətrləri var. Rembrantın işlərində mixəyin ətri ətrafa saçır.

Klassik məntiqdə rənglərin musiqisi yoxdur. Qeyri-səlis məntiqdə rənglərin 7 klassik notdan yüzlərlə dəfə çox təranəsi var.

Klassik məntiqdə səsin rəngi yoxdur. Qeyri-səlis məntiqdə səsin rəngləri var.

Luçano Pavarottinin, Nəzakət Teymurovanın nəğmələrində çəhrayı rəng həzin-həzin kövrəkliklə kiprik çalır. Müslüm Maqomayevin oxusunda həyəcan doğuran qırmızı rəng və onun çalarları yernən göy arasında meydan sulayır, fələknən cəngə girir.

Klassik məntiqdə formalaşmış, formalaşıb girəcləşmiş çox az sayda müəyyən qəlib-klişelər mövcuddur, onlarınn əsas prinsiplərini pozmaq olmur.

Qeyri-səlis məntiqdə qəlib-klişelər yoxdur, ancaq təhlil üçün yanaşma prinsipləri sonsuzdur. Bu sonsuzluqda isə daha çevik, təhlilə meydanlar açan emosional-estetik formalar var.

Professor İlham RƏHİMLİ

Bu məqalə ABŞ, Berklidə işıq üzü görən BISC dərgisində çap olunmuş məqalənin kiçik ixtisarla tərcüməsidir. BISC dərgisinin rəhbəri Prof. Lütfi Zadədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO