“Azərbaycan Hərbi Dəniz Qüvvələri yeni gəmilərlə təmin olunacaq”x9d -  FOTO

“Azərbaycan Hərbi Dəniz Qüvvələri yeni gəmilərlə təmin olunacaq”x9d - FOTO

Hazırda oxunan: “Azərbaycan Hərbi Dəniz Qüvvələri yeni gəmilərlə təmin olunacaq”x9d - FOTO

62792
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Xəzər dənizində keçirilmiş irimiqyaslı əməliyyat-taktiki təlimlərinin yekunları ilə bağlı Hərbi Dəniz QüvvÓ™lərinin komandir-rəis heyəti və gəmi komandirlərinin iştirakı ilə toplantı keçirib.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən ümumilikdə Silahlı Qüvvələrdə, xüsusilə Hərbi Dəniz QüvvÓ™lərində aparılan köklü islahatlar, görülən işlər və perspektivlər, o cümlədən şəxsi heyətin döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyəti barədə danışıb.

Təlimlərə hazırlıq, onun keçirilməsi və yekunlarını təhlil edən müdafiə naziri bildirib ki, Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti qısa müddət ərzində komandanlıq tərəfindən qoyulan tapşırıqların vaxtında və dəqiqliklə yerinə yetirilməsi, plana uyğun olaraq aparılan təlimlərin uğurla baş tutması üçün bütün tədbirləri həyata keçiriblər.

«Hər bir matros, miçman və zabit vətənpərvərlik hissini, Vətənimizə, xalqımıza və onun Ali Baş Komandanına sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə əks etdirən Silahlı Qüvvələrimizin şəxsi heyəti hər an düşmən üzərində qələbə əldə edə bilər», - deyə nazir bildirib.

Hərbi Dəniz QüvvÓ™lərinin gələcək inkişafına toxunan müdafiə naziri hazırda müasir standartlara və yeni tələblərə cavab verən geniş infrastruktura malik hərbi dəniz bazasının tikintisinin sürətlə aparıldığını, o cümlədən dəniz qüvvələrinin yeni hərbi gəmilərlə təmin olunacağını qeyd edib.

Sonda təlimə cəlb olunan birləşmə və hissələrin döyüş sahəsində birgə fəaliyyət göstərib tapşırıqların öhdəsindən gələrək fərqlənən hərbi qulluqçular müdafiə naziri tərəfindən mükafatlandırılıb.



 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO