Bakıxanov qəsəbəsində yerləşən böyük yaşayış kompleksinin sakinlərini yanğınsöndürən maşının sirenası oyadıb. Milli.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadasının əməkdaşları yanğın həyəcanı ilə kompleksə köməyə gəlib.
Kompleksin 7-ci binasında yerləşən mənzillərdən birində yanğın olması barədə 101 zəng xidmətinə məlumat daxil olub. Yanğın olmadığını görən yanğınsöndürənlər bütün mərtəbələrə baxış keçirib, lakin heç bir tüstüləmə aşkarlamayıblar.
Sakinlər isə bildiriblər ki, 4-cü mərtəbədə yerləşən mənzillərdən birində güclü tüstülənmə olub. Yanğınsöndürənlər heç bir yanğın olmadığına əmin olduqdan sonra ərazini tərk edib.

































































































