“Kölgə iqtisadiyyatının vergiyə cəlb edilməsi zəruridir”x9d

“Kölgə iqtisadiyyatının vergiyə cəlb edilməsi zəruridir”x9d

Hazırda oxunan: “Kölgə iqtisadiyyatının vergiyə cəlb edilməsi zəruridir”x9d

62051

Moderator.az Iqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimlinin 2015-ci ilin büdcə dəyərləndirməsi ilə bağlı fikirlərini təqdim edir:

“Azərbaycanın 2015-ci il dövlət büdcəsi:ÜDM-in 4,4 faiz,inflysiyanın 2,3 faiz,manatın dollara nisbətdə məzənnəsinin 78 qəpik olacağı, xarici dövlət borcunun 5 milyard manat və ya ÜDM-in 8 faizi ətrafında olduğu,neft sektorunun 1,5 faiz geriləcəyi şəraitdə qeyri-neft sektorunun 8 faizdən çox artacağı, eləcə də neftin qiymətinin aşağı düşməsi nəticəsində büdcə proqnozlarında xam neftin bir barrelinin qiymətinin əvvəlki 2 illə müqayisədə 10 dollar az, yəni 90 dollar götürülməsi əsasında tərtib edilmişdir. 
2015-ci iln dövlət büdcəsinin müsbət cəhətləri: 
2015-ci iln dövlət büdcəsinin əsas müsbət cəhəti ondan ibarətdir ki, gələn ilin büdcəsinin riskləri makroiqtisadi risklərdən daha azdır, həm də onlardan az asılıdır. 2015-ci ilin dövlət büdcəsi ciddi inflyasıya mənbəyi olmayacaq və neftin qiyməti proqnozlarda götürülmüş 90 dollardan nə qədər aşağı olmasından və bundan dəyə biləcək ziyanın miqyasından asılı olmayaraq hökümat büdcə çərçivəsinə cəmiyyət qatşısında götürdüyü öhdəliyi yerinə yetirə biləcəkdir. 
2015-ci iln dövlət büdcəsinin mənfi cəhətləri və təkliflər: 
Geosiyasi arenada və dünya iqtisadiyyatındakı kataklizmlərın bir-birinə çulğaşdığı hazırkı şəraitdə reallığa yaxın proqnozlaşdırma imkanları xeyli məhdudlaşdığından, büdcə təqdimatının ənənəvi qaydada yox, optimist, orta və pessimist ssenailərinə əsaslanan variantlar üzrə təqdim edilməsi daha məqsədəuyğun olardı .
Yaxın illər dünyada mürəkkəb proeslər dövrü olacaq. Belə bir şəraitdə dünyanın arxitekturasını dəyişməyə başalayan geopolitik gərginliyin episentrinə çox yaxın bir ölkə kimi onun təsiri Azərbaycana da çatacaq.Ona görə də digər qabaqlayıcı tədbirlərlə yanaşı, həm də artıq büdcə siyasətində neftin qiymətinə arxayın olub, siyasət qurmaq düzgün olmaz.Əksinə, dünya bazarında neftin qiymətinin kəskin surətdə aşağı düşməsi birmənalı şəkildə dövlət büdcəsinin 65 faizini, multiplikativ effekti nəzərə almaqla bundan da çoxunu neft amili üzərində quran Azərbaycan hökümatini büdcə siyasətini dəyişdirməyə çağıran ciddi siqnaldır.
Bütün bunlarla əlaqədar olaraq,fikrimizcə büdcə siyasəti 2 istiqamətdə təkmilləşdirilməlidir:
Birincisi,Neft Fondundan transfertləri azaltmaqla qeyri-neft sektorondan büdcəyə daxilolmaların miqyasını həmin sahənin potensialına müvafiq səviyyədə artırmaq.
2015-ci iln dövlət büdcəsinin19.438 mln. manat proqnozlaşdırılmış gəlirindən Dövlət Neft Fondundan birbaşa transfert olunması nəzərdə tutlan 10.388 mln. manatı çıxdıqda, yerdə qalan 9050 milyon manat vəsait, büdcənin 10 929 milyon manatlıq cari xərclərini belə örtmür və ondan 1879 milyon manat və ya 17,2 faiz azdır. 
Azərbaycanda neft hasilatının pik nöqtəyə çatdıqdan sonra enməyə başlaması və qiymətinin enməsindən doğan neqativ meyllərin qarşını almaqdan və büdcə gəlirlərini davamlı şəkildə artırmaqdan ötrü, iqtisadiyyatın diversifikasiyası işinə sistem xarakteri və əlavə sürət verilməsini,qeyri-neft sektorunun rəqabət qabiliyyətini artırmaqla istehsal və xidmətsahələrinin fəaliyytinin genişləndirilməsini zəruri hesab edirik.Bu məsələrə xüsusən regionlarda diqqət artırılmalıdır.Bundan ötrü höküməin həyatə keçirdiyi “neft bumu+tikinti bumu+infrastruktur bumu”x9d formuluna uğurla “sənaye bumu”x9dnu da əlavə etmək lazımdır «Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili”x9d elan edilməsi ilə bağlı TƏDBİRLƏR PLANI»nda nəzrdə tutulan işlərin həyata keçirilən hissəsini müsbət qiymətləndirməklə yanaşı, ilk növbədə bu sahədəki ləngidilməsinin qarşısı alınmalı, həmin tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi təmin edilməlidir.
Azərbaycan büdcəsinin neft gəlirlərindən asılılığının güclü olduğu hazırkı şəraitdə Dövlət Neft Fondundan büdcəyə transferlərin payını xarakterizə edən rəqəm büdcə siyasətimizin “lakmus kağızı”x9ddır. Bu baxımdan 2014-cü ilin büdcəsində Neft Fondundan transferlərin 2013-cü ilə nisbətən 2 milyard manat azaldılmasını- bir addım irəli, Neft Fondundan transferlərin 2014-cü illə müqayisədə 1 milyard manat artıran 2015-ci ilin büdcəsini isə bir addım geri adlandırırıq.
Əgər hökümət Dövlət Neft Fondundan edilən transfertlərin tədricən azaldılması və fundamental islahatlar yolu ilə qeyri-neft sektorundan daxilolmaların artımı hesabına dövlət büdcəsinin gəlirlərinin artırılması xəttinə keçməsə, orta perspektivdə ciddi problemlərlə qarşılaşacağıq. Ona görə də hökumət orta perspektivdə Azərbaycanın ciddi problemlərlə qarşılaşmasına rəvac verməməkdən, eləcə də neft-qaz sektorundan asılılığı azaltmaqdan ötrü, büdcə gəlirlərinin asan artırılması yolundan Dövlət Neft Fondundan edilən transfertlərin tədricən azaldılması və fundamental islahatlara başalamaq, xüsusən də struktur islahatlarını sürətləndirmək yolu ilə qeyri-neft sektorundan daxilolmaların artımı hesabına dövlət büdcəsinin gəlirlərinin artırılması yoluna keçməlidir.
2015-ci ilin dövlət büdcəsinin gəlirləri vergi və qeyri-vergi mənbələri də daxil olmaqla 20-dən artıq mənbə hesabına formalaşacaq.Bu 20 mənbənin yalnız üçü-Neft Fondunun transfertləri, mənfəət vergisi və əlavə dəyər vergisi hesabına büdcə gəlirlərinin 83 faizə yaxınını, yerdə qalan mənbələr isə büdcə gəlirlərinin 17 faizini təmin edəcək. Fikrimizcə mənfəət vergisi və əlavə dəyər vergisi ilə yanaşı,digər mənbələrdən də dolğun istifadə edilməlidir. Bu sahələrdəki böyük potensialından nə qədər səmərəsiz istifadə olunduğu təkcə bir rəqəmdən duymaq olar ki,dövlətin mülkiyyətində olan bütün əmlakın icarəsindən 2015-ci ilin büdcəsinə cəmi 7 milyon manat pul daxil olması gözlənilir.
Gələn il yerli gəlirlər 2014-cü illə müqayisədə 7 faiz artıb 835 milyon manata çatacaq. Bu rəqəm Azərbaycanın unikal potensialı fonunda çox kiçik rəqəmdır.
Bakı ilə regionların gəlir nisbətinə diqqət yetirəndə görürük ki, bütün gəlirlərimizin 90 faizə yaxını Bakının payına düşür. Bu nisbətin əsaslı surətdə regionların xeyrinə dəyişdirilməsindən ötrü yerlərdə layiqli əmək haqqı verən iş yerlərinin açılması istiqamətində addımların atılması vacibdir. Xüsusən geopolitik gərginliyin artması və neftin qiymətinin aşağı düşməsi diktə edir ki, regionlarda layiqli, yüksək əmək haqqı olan iş yerlərinin açılması istiqamətində ciddi işlər görülsün, büdcə təkcə iqtisadi artıma deyil, həm də iqtisadi inkişafa təkan verən bir amilə çevrilsin. 
Kölgə iqtisadiyyatının vergiyə cəlb edilməsi mümkün olan hissəsini vergiyə cəlb etməklə büdcəyə yüz milyonlarla, bu işə sistem xarakteri verib genişləndirməklə isə milyardlarla manat vəsait cəlb etmək olar.

İkinci yol -büdcə xərclərindən istifadənin səmərəliliyinin və rasionallığının,büdcə vəsaitinin öz təyinatına görə istifadənin təminatlılığının və şəffaflığın artırılmasıdır.Bu sahədə nəzarət mexanizminin nə qədər zəif olduğunu bir misalla izah etmək istərdik:
2009-2013-cü illərdə Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi İnkişafı Dövlət Proqramı çırçivısində Şəkidə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında əhalinin həyat səviyyəsinin yaÑ…şılaşdırılması, enerjiyə olan tələbatın ödənilməsi, meşələrin qırılmasının qarşısının alınması məqsədilə həmin illər ərzində birinci mərhələdə 100 min nəfərə yaxın əhalisi olan və adları da konkret olaraq göstərilən 47 kəndin, ikinci mərhələdə isə 17 min əhalisi olan 19 kəndin,yəni bütövlükdə 56 kəndin qazlaşdıılması nəzərdə tutulmuşdu.2014-cü ilin noyabrna proqramda adları olan 56 kəndddən yalnız 17-cində, yəni 30 faizində qaz var. Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti haqqında hesabatda bizim bu sahədəki bərbad vəsiyyətlə bağlı növbəti müraciətimizə cavab olaraq bildirildi ki,qarşıdakı ildə Şəkinin 18 kəndi qazlaşdırılacaq.Həmin məntiqlə 2014-cü ilin noyabrına qədər Şəkinin 10-dan artıq kəndi qazlaşdırılmalı idi,lakin bu il Şəkinin bir kəndi belə qazlaşdırılmayıb. Ölkə regionlarının qazlaşdırılması proqramı çərçivəsində bu ilin 9 ayında 60 milyon manat ayrılmış, bütövlükdə isə proqramın icrası üçün yönəldilmiş vəsaitin həcmi 620 milyon manata çatdırılmışdır. Ölkə regionlarının qazlaşdırılması proqramının yerinə yetirilməsinə birbaşa cavabdeh olan Energetika Nazirliyi, Dövlət Neft şirkəti,“Azəriqaz”x9d və digər əlaqədar qurumlar bu məsələyə aydınlıq gətirməlidir ki, dövlət maliyyə vəsaiti ayırmasına baxmayaraq regionlarının qazlaşdırılması planına salınmış Şəki kəndləri niyə qazlaşdırılmayıb və niyə Şəki kəndlərinin 117 min əhalinin xeyli hissəsi indiyəcən qazsız qalıb? Şəkinin deputatlarından biri kimi həm də Hesablama Palatasına müraciət edir və deputat sorğusu verirəm ki, dövlət vəsait ayırmasına baxmayaraq Şəki kəndlərinin qazlaşdırılması işinin ləngidilməsi və əhalinin narazılığına səbəb olan bu məsələ araşdırılsın.
Biz tez-tez büdcəmizi sosial yönlü adlandlrırıq.Dövlət bu sahədə olan problemlərin həllini bir qayda olaraq öz üzərinə götürməyə çalışır.Amma büdcədən sosial proseslərin tənzimlənməsinə ayrılan vəsait büdcə xərclərinin 28 faizini təşkil edir.Digər neft hasil edən ölkələr kimi, Rusiyada bu rəqəm 35 faiz, Qazaxıstanda isə 40 faizdir. Ona görə də bir tərəfdən, qabaqcıl dünya təcrübəsindən yaradıcılıqla faydalanaraq bu işlərin mümkün hissəsinin sivil bazar münasibətləri relsinə keçirilməsini, digər tərəfdən isə isə sosial proseslərin tənzimlənmsinə ayrılan vəsaitin payının artırılması istiqamətində büdcə xərclərini strukturunun təkmilləşdirilməsini və büdcə təşkilatlarında çalışanların maaşlarının artırılmasını təklif edirik.
Sosial ipotekaya ayrılan vəsaitin 40 milyon manatdan 50 milyon manata qaldırılmasını müsbət qiymətləndirir və hökuməti bu dinamikanı sürətləndirməyə çağırırıq.İpoteka işə düşəndən indiyə qədər ipoteka xətti ilə 15,4 min ailə mənzillə təmin olunub və 2015-ci ilin büdcəsində nəzərdə tutulan 50 milyon manata isə 1000-1200 ailə mənzil alacaq ki,bu da ümumilikdə mənzilə ehtiyacı olan və mənzil şəraitini yaxşılaşdırmaq istəyən əhalinin 5 faizə qədəridir. Əhalinin aztəminatli təbəqəsinin, xüsusən də gənc ailələtrin mənzillə təminatı işinin sürətləndirilməsindən ötrü,“Azərbaycanda 2015-2020-ci illər üzrə mənzil proqramı”x9dnın hazırlanıb həyata keçirilməsini təklif edirik.Həmin proqramda həm ipotekanın şərtlərinin yumşaldılması, sosial ipatekatın faiz dərcələrinin 4 faizdən 2 faizə endirilməsini, ilkin ödənişin azaldılması və sonradan xüsusu fondun köməyi ilə tamamilə aradan qaldırılmasını, ipotekaya ayrılan vəsaitin tədricən 100 milyon manata çatdırılmasını, ipotekadan region əhalisinin istifadə imkanlarının genişləndirilməsini təklif edirik. Bununla paralel olaraq “sosial evlərin”x9d tikilib aztəminatlı gənc ailələrə verilməsini, ayda 70 -100 manat arasında icarə haqqı ödəməklə 20-25 ildən sonra həmin ailəyə qalmasını nəzərdə tutan mexanizmin tətbiq olunmasını təklif edirik.
Bank kreditləri sahəsində yaranan vəziyyət ciddi narahatçılıq yaradır.Əhalinin xeyli hissəsinin banklara borculu olması getdikcə daha ciddi problem xarakteri alır.Bank sektorunun sağlamlaşdırılması istiqamətində əlavə tədbirlər görülməklə, ölçüb-biçməkə lazım gəlsə, bəlkə də problemli kreditlər fondu belə yaradılmasına getməklə, həm biznes,həm də digər kreditlərin faiz dərəcələrinin aşağı salınması istiqamətində əlavə tədbirlər görülməsini təklif edirikİ.
Bir tərəfdən 2014-cü ildə Milli Məclis “ELM haqqında”x9d qanun qəbul etməyi planlaşdırır ki,elmin maddı-textiki bazasının möhkəmləmdirilməsınə, maliyyə təminatının, eləcə də elm sahəsinə çalışanların sosial durumunun yaxşılaşdırılmasına yönəılik islahatların hüquqi bazası yaransın, digər tərəfdən isə hökumət xüsusi hesablama metodu ilə elmə ayrılan vəsaitin artdığı bildirsə də, ümumilikdə götürdükdə 2015-ci ildə elmə ayrılan vəsaiti 3% azalır.Bu həm 2015-ci il büdcəsinin paradoksu, həm də elmlə hökumət strukturları arasında olan koordinasiyanın çox aşağı səviyyədə olmasının bariz nümunısidir.Azərbaycanda elm xərcləri ÜDM-in 0,2 faizi səviyyəsindədər ki, bu da kritik hesab olunan həddən belə 10 dəfə aşağı bir göstəricidir.Fikrimizcə Təhsil Strategiyası kimi, Elm sahəsi üzrə də xüsusi bir Strategiya hazırlanmalı və elm və təhsil sahəsində ciddi islahatlar başlamalıdır.Bu həm də islahat kontekstində həmin sahənin normativlər əsasında maliyyələşdirilməsinə keçidlə və həm də müqavilə üsulunun mütərəqqi variantlarından istifadə edilməklə orada çalışan istedadlı kadrların maaşlarının və gəlirlərinin artırılması ilə müşayət olunmalıdır
Regionlarda iqtisadi fəallığı artırmaq,yerlərin potensialından istifadənin səmərəliliyi yüksəltməkdən ötrü, korrupsiyaya, inhisarçılığa və məmur özbaşınalıqlarına qarşı mübarizəni gücləndirməyi, biznesin sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılmasını təklif edirik.
Bu ildən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”x9dnın icrası məqsədilə bu ilin 9 ayı ərzində cari ilin dövlət büdcəsindən 1 milyard 292 milyon manat vəsait sərf edilmişdir.2015-ci ilin büdcəsində də mütləq üçüncü regional proqram çərçivəsində gələn il görüləcək işlərin maliyyə təminatı ilə bağlı məsələlərin nəzərə alınmasına ehtiyac var. Düzdür, biz özümüzü elektrik enerjisi ilə təmin edirik, amma texniki xarakterli səbəblərə görə insanların bir hissəsi elektrik enerjisi almaqdan məhrum olur. Bu problrmin aradan qldırılmasından ötrü maliyyə təminatlı məqsədli proqram həyata keçirilmılidir.Kənd yerlərinin su ilə təchizat məsələsi, qazla təchizat məsələsi, bir də kənd yollarının yenidən qurulması kimi bu 4 məsələnin həlli sürətlədirilməlidir.Üçüncü regional proqram çərçivəsində həm də regionlarda layiqli maaşlı iş yerlərinin açılmasına diqqət artırılmalıdır.
Qeyd etdiyimiz həmin tədbirlərin həm də rasional kadr islahatları ilə paralel həyata keçirilməsini,öz yerində olmayan, işin öhdəsindən gələ bilməyən və əhalinin problemlərinə biganəlik göstərməklə xalqı narazı salan kadrların kənarlaşdırılması və belələrinin əvəzinə professional kadrlardan, texnokratlardan istifadənin genişləndirilməsini təklif edirik.
Sadaladığımız bu problemlərin həlli sürətləndirməklə regionlarda iqtisadi fəallığı xeyli artırmaq, yerlərin potensialından istifadənin səmərəliliyi yüksəltmək və büdcə gəirlərini potensialımıza layiq səviyyədə artırmaq olar”x9d.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO