“Naxçıvan anlaşmasının 5 illiyi “Çırağan” sarayında qeyd olunacaq”.
Bunu Moderator.az-a açıqlamasında TDƏŞ Baş katibi
Ramil Həsənov deyib.
Onun sözlərinə görə, oktyabrın 21-də İstambulun “Çırağan”
sarayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaranmasının 5 illik
yubleyi ilə bağlı təntənəli mərasim keçiriləcək: “TDƏŞ 2009-cu ildə üzv dövlət
başçılarının qərarı ilə yaradılıb və bu il təşkilatın yaranmasından 5 il keçir.
Biz də bir təşkilat olaraq qurumun yaranmasının 5 illik yubleyinin təntənəli
formada keçirilməsinə qərar verdik. Tədbir Türkiyə xarici işlər naziri Mövlud
Çavuşoğlu və TDƏŞ-in Baş katibliyi qeyd edəcək. Tədbridə nazirlərələ yanaşı,
diplomatik nümayəndəliklərin təmsilçiləri və üzv ölkələrdən qonaqlar iştirak edəcək.”

































































































