Cəmil Həsənli qızı ilə bağlı iddiaları yalanladı

Cəmil Həsənli qızı ilə bağlı iddiaları yalanladı

Hazırda oxunan: Cəmil Həsənli qızı ilə bağlı iddiaları yalanladı

56927

“Mənim qızım maşınla adam vurmayıb. Bu barədə kim nə deyirsə, yalan deyir”. Bunu Hafta.az-açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli deyib. Cəmil Həsənli həmçinin bildirib ki, bu haqda yazılanlar həqiqəti əks etdirmir:

”Elə bir şey yoxdur. Yazanda görmürlər ki, nə yazırlar?”.

Xatırladaq ki, bu gün mediada Cəmil Həsənlinin qızının avtomobillə qəza törətdiyi və ailəsi tərəfindən gizli saxlanması ilə bağlı xəbərlər yayılıb. Yayılan xəbərlərdə 2014-cü ilin sentyabr ayının ortalarında Milli Şura sədrinin Günel adlı qızının idarə etdiyi 90-VL-983 nömrəli avtomobili ilə Yasamal rayonu Mirəli Seyidov küçəsində bir qadını vuraraq ona ağır xəsarətlər yetirdiyi və və hadisə yerindən qaçdığı bildirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO