Moderator.az xəbər verir ki, Milli Məclisin ilk iclası qalmaqalsız ötüşmədi. Milli Məclisin ilk iclasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ilə deputat Zahid Oruc arasına mübahisə yarandı. Belə ki, istehlakçıların hüuqularının müdafiəsi haqqında qanuna nəzərdə tutulan dəyişiklik barəsində danışarkən Z. Oruc bildirdi ki, bir neçə saat ərzində 36 məslənin paramentə müzakirə olunub qəbul edilməsi dünyada rekord vurmuş olacaq. Bundan sonra Z.Əsgərov deputatın sözü kəsərək bildirdi ki, siz bi tikanlı sözlərinizdən əl çəkin:
“Heç olmasa parlamentə gəlməzdən öncə evdə
müzakirə olunacaq məsələlərə baxın və hansı məsələ haqqında nə deyəcəyinizi düşünün.
Yoxsa burada gəlib müzakirə zamanı fikir bildirisiniz. Axı
belə olmaz. Hələ cənəb spiker bildirdi ki, müzakirəyə çıxarılan məsələlərin əksəriyyəti
redaktə və digər qanunlara uyğunlaşdırma xarakterli daşıyır. Burada ciddi elə
bir məslə müzakirə olunmur ki, fikir bildirəsniz”.
Fikrini
davam etdirən Z. Oruc isə bildirdi ki, məni digərləri ilə səhv salmayıb:
“Mən o az şəxslərdən biriyəm ki, qanunlarla
tanış oluram. Özü də ki, adıçəkilən qanunla əvvəlcədən məlumatı olub bu haqda
fikrim olduğu üçün danışmaq istəyirəm.”
Z.Əsgərov
növbəti dəfə onun sözünü kəsərək təkidlə tələb etdi ki, deputat Z. Oruc mahiyyəti
üzrə danışsın əks təqdirdə ona söz verməyəcək. Sözünü davam etdirən Z.Oruc
bildridi ki, kiminsə burada öz elmi və hüquqi biliklərini nümayiş etdirməyə
ehtiyac yoxdur.






























































































