"Rusiyadan tutmuş Çinə və Venesuelayadək amansız basqılar görürük, hökumətlər legitim fikir ayrılığını dövlətə xəyanət kimi dəyərləndirirlər. Azərbaycan kimi yerlərdə qanunlar QHT-lərin fəaliyyətini inanılmaz dərəcədə çətinləşdirir,” deyə prezident Barak Obama Klinton Qlobal Təşəbbüsünün illik sessiyasındakı nitqində bəyan edib.
"Amerikanın Səsi" Ağ Evin veb səhifəsinə istinadən bildirir ki, sivil cəmiyyətin inkişafına həsr olunmuş çıxışda ABŞ lideri avtoritar cəmiyyətlərdə müxalif fikir daşıyan insanların, fəalların məqsədyönlü şəkildə hədəf alındığını bildirib. Onun sözlərinə görə bu növ basqılarla rejimlər cəmiyyətin inkişafının qarşısını alır, onları azadlıqdan məhrum edir və insanların rifahına əngəl olurlar.
Həbs olunan sivil cəmiyyət fəallarının dərhal azadlığa buraxılmasına səsləyən prezident Obama sivil cəmiyyətə basqıları demokratiyaya hücum kimi dəyərləndirib.





























































































