“12 saylı cəzaçəkmə müəssisəsində korrupsiya tüğyan edir”

“12 saylı cəzaçəkmə müəssisəsində korrupsiya tüğyan edir”

Hazırda oxunan: “12 saylı cəzaçəkmə müəssisəsində korrupsiya tüğyan edir”

55829

Şəmkir rayonu Çinarlı qəsəbəsi sakini Abdullayeva Fatma Əziz qızı Moderator.az vasitəsi ilə Penitensiar Xidmətin rəisi Mədət Quliyevə şok müraciət ünvanlayıb. Müraciətdə deyilir:

“Mənim oğlum 12 saylı CÇM-də cəza çəkən məhkum Bayramın həyatı ciddi təhlükə qarşısındadır. Belə ki 12 saylı CÇM-nin rəisi Rauf Məmmədov, onun müavini Qaçay Aslanov əlbir olub korrupsiya şəbəkəsi yaratmışdılar ki , nəticədə imkansız məhkumlar əziyyət çəkirlər. İmkanı olub istənilən pulu verə bilən məhkumlar istədikləri hərəkətləri edə bilirlər, imkansız məhkumlar isə zülm, əziyyət çəkirlər. Rəhbərlik qəsdən oğlumla düşmən olan Elçin adlı məhkumu onunla bir yataqxanaya yerləşdirib ki , istədiyi pulu ala bilsin. Şəxsən müavin Qaçay Aslanov oğlum Bayramdan pul istəyib ki, Elçin adlı məhkumu başqa yataqxanaya keçirsin. Ancaq bizim istənilən pulu verməyə heç bir maddi imkanımız yoxdur, pensiyaçıyam, çox ağır şəraitdə yaşayırıq.
Mən də,oğlum Bayram da  Penitensiar Xidmətin rəisi Mədət Quliyevə ərizə ilə müraciət edib Şəki Penitensiar Müəssisəsinə Bayramın köçürülməsinə kömək etməsini xahiş etmişdik. Ərizəmizə cavab olaraq bildirildi ki, həmin müəssisə istifadəyə veriləndə müraciətiniz nəzərə alınacaq. Ancaq Şəki Penitensiar Müəssisəsi istifadəyə verilsə də oğlum Bayramı oraya köçürmədilər. Qeyd edim ki, 12- saylı CÇM-də hər şey pulludur. Özbaşınalıq, korrupsiya , qanunsuzluq baş alıb gedir. Bütün bunların başında rəis Rauf Məmmədov və müavin Qaçay Aslanov dayanır. Mən Penitensiar Xidmətin rəisi General Mədət Quliyevdən xahiş edirəm, bizə kömək etsin. Oğlum Bayramın həyatı ciddi təhlükədədir ,xahiş edirəm bizə kömək edin”.

 

PS.Yazı ilə bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO