Jirinovski prezident olacaq

Jirinovski prezident olacaq

Hazırda oxunan: Jirinovski prezident olacaq

54122

"Mən Ukraynanın şərqində yaradılmış "Novorossiya"nın prezidenti olmaq istəyirəm".

ANS PRESS-in məlumatına görə, bu haqda Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski "Rus xəbər xidməti"nə bildirib.
Xəbərdə deyilir ki, Jirinovski bunu deməklə Ukraynanın ərazisində yeni dövlətin yaradılacağına işarə vurur.
Jirinovski Ukrayna daxili işlər nazirliyinin onun dindirilməsi haqqında çağırışını jurnalistlərə göstərərək bildirib ki, o, Ukraynaya bir halda getməyə razı olar ki, ondan öncə Pskov desantı paraşütlə Kiyevə ensin.
Xatırladaq ki, Ukrayna daxili işlər nazirliyi Jirinovski ilə Züqanovu beynəlxalq axtarışa verib. Bundan öncə isə Malafeyev və Şoyqu haqqında da cinayət işi açılıb. Onlar Ukraynanın şərqində separatçılara maddi yardım göstərməkdə və onlara silah ötürülməısində ittiham edilir. 
Qeyd edək ki, Vladimir Volfoviç Edelşteyn 4 aprel 1946-cı il tarixində Qazaxıstanın Astana şəhərində anadan olub. Atası Volf İsaakoviç Edelşteyn (1907-1983) milliyətcə - yəhudi, anası Aleksandra Pavlovna Makarova isə milliyyətcə - rus olub. 1964-cü ildə Vladimir "Jirinovski" soyadını götürür.
Vladimir Jirinovski 5 dəfə (1991, 1996, 2000, 2008, 2012) Rusiya Federasiyası Prezidenti postuna namizədliyini irəli sürüb və bununla da Rusiyada rekord vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO