Hərbi ekspert daha nağıllara inanmır...

Hərbi ekspert daha nağıllara inanmır...

Hazırda oxunan: Hərbi ekspert daha nağıllara inanmır...

52627

Son vaxtlar Azərbaycan ordusunda hərbçilərin yaralanması və ölməsi ilə nəticələnən silahlı insidentlərin sayının kəskin surətdə artması müşahidə olunur. Ənənə halına çevrilən məlum tendensiya bu kimi xəbərlərin artıq adiləşməsinə səbəb olmaqdadır ki, bu da ciddi narahatlıq doğurmaya bilməz.

Maraqlıdır, orduda ehtiyatsızlıqdan baş verdiyi iddia olunan silahlı insidentlərin artmasına səbəb nədir? Doğurdanmı buna görə sadəcə silahla ehtiyatsız davranan hərbçi məsuliyyət daşıyır? Niyə bu kimi insidentlərlə bağlı yerli komandanlıq nümayəndələrinin məsuliyyətə cəlb edilməsi ilə bağlı bir dənə də olsun fakt yoxdur? Əgər varsa nə üçün bu barədə ictimaiyyətə məlumat verilmir?

Moderator.az-a açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, polkovnik Üzeyir Cəfərov əsgər ölümü və yaralanması ilə bağlı baş verən olayların həqiqətən də ehtiyatsızlıqdan qaynaqlandığına inanmadığını vurğuladı:

“Gün başlar-başlamaz Silahlı Qüvvələrimizdə yenə bir xoşagəlməz olayın baş verdiyi haqqında məlumat aldıq. Dünən 2 əsgərlə bağlı ürəkləri dağladan xəbər, bu gün də növbəti acı xəbər. Doğrudur, bu dəfə ölüm olmasa da, hələ bilmək olmaz ki, o əsgərimiz sıraya qayıdacaq, ya o da əlil kimi, yaxud həyatının sonuna kimi etdiyi hərəkətin ağrısını çəkəcək. İndi Müdafiə Nazirliyi cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə qeydə alınana hadisəni yenə öz ənənəsinə uyğun olaraq ehtiyatsızlıqdan baş verdiyini deyir. Amma mən şəxsən belə nağıllara inanmıram. Dəfələrlə olub ki, belə məlumatlar sonradan özünü doğrultmayıb və hadisənin tamam başqa zəmində baş verməsi məlum olub. Baxın, hərbi hissənin 23 yaşlı əsgəri, 1993-cü il təvəllüdlü Təbriz Ələddin oğlu Məmmədli tabeliyindəki avtomat silahdan guya ehtiyatsızlıqdan açılan atəş nəticəsində yaralanıb. Xəsarət alan əsgərin yaşına diqqət etdinizsə, bu ən azından ali təhsilli əsgər yaşında olan birisi olmalıdır. Bəlkə də, bu da MAXE-dir. Yəni, müddətdən artıq xidmət edən hərbi qulluqçudur. Fikir vermisinizsə, Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra MN əcaib bir hiyləgərliyə əl atıb. Yaralanan əsgərin hansı rayondan olmasını gizlədirlər. Bunu da ona görə edirlər ki, kabinet generallarının yalanını ifşa edən jurnalistlər, yaxud mətbu orqanlar bu işin incəliklərini açıb bu binavalari rüsvay etməsinlər. Görəsən belə yanaşma ilə bu generallar və onların ətrafı kimi aldadırlar? Şəxsən mən 100 faiz əminəm ki, bu tip hadisələrin baş verməsinin ilkin səbəbi tamam başqadır və burda daha çox Nizamnamədən kənar münasibətlərin olması görünür. Sözsüz ki, baş vermiş hadisəyə görə yerli komandanlıq şəxsən məsuliyyət daşıyır. Onların özlərinə arxayınçılığı da məhz ondan irəli gəlir ki, onlar gözəl bilirlər ki, yol verdikləri əmələ görə, ən uzağı onlar Hərbi Prokurorluğun işi araşdıran müstəntiqi və ya prokuroru ilə bəlli yollarla razılığıa gələcək və məsələ həll olunacaq. Amma bu daha ağır və gələcəkdə baş verə biləcək ağır hadisələrə rəvac verən cinayət əməllərindən biridir. Ona görə də, belə xoşagəlməz hadisələrin gələcəkdə baş verməməsi üçün komandirlər qətiyyətli olmalı, səhvlərdən nəticə çıxartmalı, ən əsası isə ictima nəzarəti həyata keçirən QHT və qurumları bu işdə aktiv olmalıdırlar. Onda baş verən xeyli hadisələrin qarşısı alınmış olar və ordunun imicinə də ziyan dəyməz”.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO