“Mən ermənilərlə rəqs etməmişəm”. Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. O Gürcüstanın Təkəli şəhərində birinci Erməni-Azərbaycan festivalında bəzi mətbuat orqanlarının onun ermənilərlə rəqs etməsi məsələsini gündəmə gətirməsinə münasibət bildirib.
Onun sözlərinə görə, avqustun 1-dən 4-dək Təkəlidə birinci Erməni ”“Azərbaycan festivalı keçirilib və məqsəd münaqişə tərəfləri arasında qarşılıqlı etimadın yaradılmasına xidmət edən bir toplantı olub:
“Bu birinci toplantıdır və sentyabrın əvvəlində də ikincisi keçiriləcək və orada mənin “Dağlıq Qarabağ münaqşəsini necə həll etmək olar” mövzusunda məruzəm olacaq.
Ermənilərlə rəqs etməyə gəldikdə isə politoloq bildirdi ki, orada heç kimlə rəqs etməyib:
“Çünki orada hörmət etdiyim elə bir adam yox idi ki, onunla rəqs edim. Sadəcə olaraq mən o toplatıda məruzə ilə çıxış etmişəm və iki xalq arasında etimadıə yaradılması, münaqişənin sülh yolu ilə həlli istiqamətində məruzə etmişəm.”
























































































