Məhbus islamçının səhhəti yenidən pisləşib

Məhbus islamçının səhhəti yenidən pisləşib

Hazırda oxunan: Məhbus islamçının səhhəti yenidən pisləşib

49502
Məhbus islamçı Rufulla Axundzadənin səhhəti yenidən pisləşib. 
Onun vəkili Anar Qasımlı “Media forum” saytına deyib ki, səhhətinin pisləşdiyini ailəsinə Rufulla Axundzadə özü xəbər verib.
Anar Qasımlı Rufulla Axundzadənin müalicə müəssisəsinə köçürülməsini istədiyini də söyləyib: “O, həmişəki kimi ürək ağrılarından əziyyət çəkir. Rufulla Axundzadənin müalicə müəssisəsinə köçürülməsi üçün müraciət hazırlayırıq. İyulun 8-də onunla görüşməyi planlaşdırıram”.
Rufulla Axundzadə 2011-ci ilin yanvar ayında tutularaq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, 2013-cü ilin mayında kəskin miokard infarktı keçirib və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində müalicə alıb.

Rufulla Axundzadə cəzasını 15 saylı cəzaçəkmə müəssisəsində çəkir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO