Üzeyir Cəfərov yeni gərginliklərin anonsunu verdi

Üzeyir Cəfərov yeni gərginliklərin anonsunu verdi

Hazırda oxunan: Üzeyir Cəfərov yeni gərginliklərin anonsunu verdi

46577


Hərbi ekspert ermənilərin cəbhə bölgəsindəki diversiya əməliyyatının cəbhənin digər yerlərində təkraralanacağı anonsunu verdi. Fizuli rayonundakı ermənilərin diversiya hərəkətlərini şərh edən hərbi ekspert Üzeyir Cəfərov Moderator.az- açıqlamasında bildirib ki, ümumiyytələ yaz aylarında cəbhə xəttində belə hallar olur:

“Əgər biz əvvvəlki illlərin statistikasını götürsək görərik ki, yaz-yay aylarında belə hallar çox olur. Çünki uzun müddət qazmalarda xidmət keçən hərbçilər havalar istiləşəndə postlara çıxmalı olur və bu zaman da snayperlər və diversiya qrupları fəaliq göstəririlər.” Son hadisəyə gəldikdə isə Cəfərov bildirdi ki, belə bir diversiya əməliyatının keçirilməsinə səbəb cari ilin martında Ermənistana qaytarılan 77 yaşlı erməni əsir Mamiko Xocanyan ölümündən sonra ölkədə olan gərgin ictimia-siyasi vəziyyətin daha da mürəkkəbləşməsi ilə bağlıdır:

“Ermənistan prezidenti Serj Sarkisyan daxildə ayarnmış gərginliyi səngitmək məqsədi ilə öz yaxın silahdaşı, separatşı rejimi rəhbəri Bako Saakyana belə bir əməliyyatı həyata keçirmək tapşırığı verib və o da bu əməliyyatı reallaşdırmağ çalışıb. Amma əsgərlərimin sayıqlığı nəticəsində bu əməliyyatın qarşısı alınıb. Düzdür üç nəfər yaralnsa da, bu əməliyyat baş tutmayıb.”

Ü.Cəfərovun fikrincə, ermənilər bu əməliyyat nəticəsində bir neçə əsgərimizi yəqin ki, əsir götürərək həm erməni ictimaiyyətini saktiləşdirmək, həm qisas almaq, həm də cəbhə xəttində ajiotaj yaratmaq məqsədini güdüblər:

“Ancaq bu uğursuz oldu. Bununla belə sakitləşmək və arxayınlaşmaq olmaz. Azərbaycan ordusu daha da sayıq olmalıdır. Çünki ermənilər bu hərəkətlərini cəbhənin digər bölgələrində həyata keçirməyə cəhd edəcəklər. Odur ki, diqqətli olmaq lazımdır.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO