“Azəriqaz”da kadr islahatları adıyla aparılan işlər bəzi idarə rəhbərlərinin əlinə şans verib. İdarələrin dağılmasını əldə bayraq edən rayon qaz sahələrinin rəisləri yığılıb qalan qeydiyyatsız işləri ayın axırınadək qurtarıb sona yaxın pul yığmaq fikirindədirlər.
Moderator.az-ın məlumatına görə belə işlərdən biri də bu gün V.Plotnikov kücəsi (28 may metrosundan 3 kücə yuxarı) 19-17 ünvanında edilib. Adının çəkilməsini istəməyən mənbə deyir ki, söküntüyə hazırlıq gedən ünvanda qaz xəttinin yerini dəyişib onu ağır tonnajlı maşınların keçməsi üçün əlverişli etmək üçün hündürə qaldırılıb:
“Qanuna görə bu tip işlər “Azəriqaz”ın təsdiq etdiyi layihə üzrə təmir-tikinti idarəsi tərəfindən görülməliydi. İş isə rayon qəza xidmətinə gördürüldü. Yəni nəğd pula. Görünür, bulanıq suda balıq tutmağı öyrənən kiçik məmurlar “Azəriqaz”da gedən proseslərdən məharətlə istifadə edirlər”.






























































































