"Nida"çıların məhkəməsində gərginlik (FOTOLAR, Yenilənib)

Hazırda oxunan: "Nida"çıların məhkəməsində gərginlik (FOTOLAR, Yenilənib)

44835
Bizimyol.info-nun verdiyi məlumata görə binanın giriş qapısında narazılıq yaşanıb və polis, gənc fəal Bəxtiyar Hacıyevi və AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmlini saxlayıb. Polis maşınları ərazidən uzaqlaşdıqdan sonra saxlanılanlar sərbəst buraxılıb. 
***
11.20

Musavat.com-un əməkdaşları xəbər verir ki, xeyli sayda adam məhkəmənin qarşısına buraxılmayıb. Polis əməkdaşları artıq fəalları saxlamağa başlayıblar. Gənc fəal Bəxtiyar Hacıyev də mülki geyimlilər tərəfindən saxlanılıb.
***
10.52

"Nida" vətəndaş hərəkatının həbs olunmuş üzvlərinin bugünkü məhkəmə prosesinə ictimaiyyətin diqqəti böyükdür. Əməkdaşımızın Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə binasının önündən verdiyi xəbərə görə, həbs olunanların yaxınları, qohumları ilə yanaşı, təxminən 100-ə yaxın əqidədaşı da məhkəmədə iştirak etmək üçün gəliblər.

İnzibatçılar məhkəməyə müəyyən miqdarda adam buraxıblar. Məhkəməyə gedən yolları bağlayıblar. 40-dan artıq polis mühafizə məqsədilə cəlb edilib, Mitinqlərdə fəal iştirak edən çevik polis alayının əməkdaşları, habelə mülki geyimli polislər də keşik çəkirlər.

Xatırladaq ki, prokurorun üst-üstə 64 il cəza tələb etdiyi gənclər bu gün məhkəmədə son sözlə çıxış edəcəklər.








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO