Türkiyəli həmkarı Mikayıl Cabbarova başsağlığı verdi

Türkiyəli həmkarı Mikayıl Cabbarova başsağlığı verdi

Hazırda oxunan: Türkiyəli həmkarı Mikayıl Cabbarova başsağlığı verdi

42338
Moderator.az xəbər verir ki, fevralın 26-da Türkiyə Respublikasının milli təhsil naziri Nəbi Avcı Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarova zəng edərək Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı başsağlığı verib.

Türkiyənin milli təhsil naziri insanlığa qarşı ən böyük cinayətlərdən biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsinin qardaş ölkədə də ehtiramla anıldığını bildirib.

Söhbət zamanı Xocalı soyqırımının gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb, bu faciə haqqında məlumatların, Türkiyənin ümumtəhsil məktəblərində tədris edilən dərsliklərdə də əksini tapmasının əhəmiyyəti qeyd olunub. Bu mövzunun tədrisi məsələsinin xüsusi yanaşma tələb etdiyini nəzərə alaraq, müvafiq mütəxəssislərin əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO