YAP-çı deputat Elşad Abdullayevlə şübhəli işbirliyində ittiham olunur

YAP-çı deputat Elşad Abdullayevlə şübhəli işbirliyində ittiham olunur

Hazırda oxunan: YAP-çı deputat Elşad Abdullayevlə şübhəli işbirliyində ittiham olunur

40023

Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Astan Şahverdiyev ilə əməkdar artist Firuzə İbadovanın və Rəşid Allahyarov arasında torpaq alqı-satqı məsələsi böyüyür. Belə ki, artıq məsələ ilə bağlı tərəflər bir-birini məhkəmə ilə hədələməyə başlayıblar.

Millət vəkili Astan Şahverdiyevin Publika.Az-a son açıqlaması  zamanı söylədiyi fikirlərə qarşı tərəfin nümayəndəsi olan Rəşid Allahyarov da cavab verib. Belə ki, bu gün Rəşid Allahyarov redaksiyamıza zəng vuraraq Astan Şahverdiyevin fikirlərinə cavab vermək istədiyini söyləyib.

Publika.Az da R.Allahyarovun fikirlərini olduğu kimi dərc edir: “Özünü 42 ilin müəllimi kimi təqdim edən deputat Astan Şahverdiyevin müsahibəsi ilə tanış olandan və işlətdiyi savadsız ifadələrdən sonra onun müəllim olmasına da şübhəm artdı. Görün biz nə gündəyik ki, bizim Astan Şahverdiyev kimi səviyyəsiz deputat və müəllimiz var. Onun keçmiş kürəkəni Aqil adında bir oğlan olub. Mən və Aqil polis işçiləri olmuşuq, mən onu yaxşı tanıyırdım. əslində Aqil pis oğlan deyil idi. Aqil sonradan Astan Şahverdiyevin qızı ilə nişanlandı və evləndi.

2009-cü ilin may ayında tanınmış müğənni Firuzə İbadovaya məxsus olan və 30 minə satmaq istədiyi torpaq sahəsini Aqilin təkidi ilə biz ikimiz birləşib aldıq. Burada Aqil vasitəçi idi. Aqil tərəfindən torpağın 10 minini onun atası Əli Fətəliyev Verdi, 5 minini isə mən verdim. Bu faktı Firuzə xanımın özü də təsdiq edir və çoxsaylı şahidlər də var. Sadəcə olaraq rəsmiləşdirilmədə Aqil həm məni, həm də Firuzə xanımı aldatdı. Firuzə xanım Aqili məndən də qabaq tanıyırdı. O vaxtı torpağı Aqil öz qaynanasının adına rəsmiləşdirdi. Beləliklə də biz Firuzə xanıma 15 min borclu qaldıq ki, bunun da 10 mini Aqil tərəfindən, 5 mini isə mənim tərəfimdən ödəniləcəkdi. Torpaq rəsmiləşdiriləndə də notariusda 8 min 500 kimi qeyd olundu. Biz sonradan bildik ki, həmin qadın, deputat Astan Şahverdiyevin həyat yoldaşıdır. Biz Aqilə inanmışdıq. Sonradan Aqil mənim qardaşımolan İsmayıl Allahyarovun bir işini düzəltmək üçün əlavə ondan 5 min də pul aldı. Mən bir müddətdən sonra gördüm ki, Aqil düzgün danışmır. Bu adam hələ o vaxtdan qaynatası olan Astan Şahverdiyevə arxayın və ümüdli idi. Hətta tarixə də baxsaq görüərik ki, Aqilin fəallaşması və dəladuz işlərlə məşğul olması Astan Şahverdiyevin kürüəkəni olandan sonra baş verib. Hətta, Aqil Fətəliyev qaynatası Astan Şahverdiyevlə əlbir olaraq fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Unversitetinə (ABU) tələbə qəbulu və tikinti işləri ilə də məşğul idi. Aqil özü də açıq-aşkar deyirdi ki, mənim arxamda deputat Astan Şahverdiyev dayanır.

O vaxt Elşad Abdullayevin rektoru olduğu ABU-da çalışan Tavad adlı bir xanım var idi. Bu şəxs Sevinc Babayeva ilə də yaxın idi və bir yerdə televiziyada da çıxış etmişdilər. Bildiyimə görə, Aqil də ABU-ya pulla tələbə qəbulunu məhz Tavad xanımın vasitəsilə aparırdı.

Mən o vaxt Aqildən qardaşımın verdiyi 5 mini tələb edəndə dedi ki, mən aparıb Firuzə xanıma sənin də yerinə 5 min vermişəm. Sonra mən Firuzə xanımdan bunu soruşdum, Firuzə xanıma mənə dedi ki, Aqil yalan deyir, mənə pul verməyib. Sonra mən Aqili axtarmağa başladım, üzbəüz görüşə bilmədik, çünki Aqil məndən qaçırdı. Onunla telefonda danışanda olanları dedim, Aqil də boynuna alıb etiraf etdi ki, hə, Firuzə xanıma pul verməyib. O, bunun səbəbini isə ziyanları olduğunu və ABU-ya qəbul etdirdiyi tələbələrin pullarını geri istəmələri ilə əlaqələndirdi. Aqil mənə dedi ki, Rəşid narahat olma, sənin pulunu verəcəm. Sonrdan mənim qardaşım olan İsmayıl Allahyarov öz 5 mininə görə məcbur qalıb 2012-ci ildə Xətai rayon prokurluğuna müraciət olundu və işin araşdırılmasını da bu prokurorluq aparmağa başladı. Xətai rayon prokurorluğunda Aqil haqqında material toplanıldı. Deyilənə görə həmin vaxtı Aqil polis işçisi olmasına baxmayaraq Rusiyada idi və məndən qaçıb yayınırdı. Aqil Fətəliyev Qaradağ rayon Polis İdarəsində polis-mayoru olub. Mən də polis mayoru olmuşam.

Artıq Aqil Fətəliyev həyatda yoxdur. O, ötən il aprelin 28-də keçirdiyi avtomobil qəzasında dünyasınl dəyişib. Ancaq indi Astan Şahverdiyevin onun haqqında, yəni keçmiş kürəkəni haqqında da söylədiyi ağır sözlər ədəbsizlikdən başqa bir şey deyil.

Astan Şahverdiyevə vəzifə verilsə də, ancaq bu adam ondan düzgün istifadə etməyi bacarmır. Bu adam hətta öz kürəkəninə də gədə deyir. Astan Şahverdiyev Firuzə xanımın ünvanına kobud və təhqiramiz ifadələr söyləyir, sözlərinə görə özündə heç bir məsuliyyət hiss etmir.

Astan Şahverdiyev müsahibəsində qeyd edir ki, guya onu şantaj edirlər və sairə. Biz Astan Şahverdiyevə dəfələrlə müraciət etsək də, lakin indyədək hələ də onun həyat yoldaşının 4 ildir ki, adına qeyri-qanuni sənədləşdirilən torpaq sahəsi barədə cavab ala bilmirik. Biz 6 aydır ki, ona yazılı müraciətlər edirik. Hətta, Milli Məclisin sədri Oqtay Əsədova da müraciət etmişik. Mənə elə gəlir ki, biz  müraciət edəndən sonra artıq bu adamın dili açılıb və müsahibə verməyə başlayıb. Məhkəmə predmeti kimi 4,8 sot torpaq satılaraq bu adamın həyat yoldaşının adına sənədləşdirilib. Daha sonra isə bu deputatın adamları Firuzə xanımın adına olan 6,2 sot və həmçinin qonşunun da yolunu kəsməklə əlavə 5 sot torpağı da əvvəl aldığı 4,8 sot torpağa birləşdirib. Astan Şahverdiyev indiyədək nə mənim, nə də Firuzə xanımın haqqını verməyib. Hazırda Astan Şahverdiyevin bizə torpaq borcu var. Deməli, onun əvvəl aldığı 4,8 sot torpağın üçdə biri mənə məxsusdur. Həmin 4,8 sota sonradan əlavə etdiyi 6,2 sot torpaq Firuzə xanıma, 5 sot torpaq isə dövlətə məxsusdur ki, onu da deputat Astan Şahverdiyev qeyri-qanuni olaraq zəbt edib. Ümumilikdə isə 16 sot torpaq sahəsidir ki, bunun da yalnız 4,8 sotu alqı-satqının predimentidir. Söylədiyim bu fikirləri sənədləri ilə də sübut etməyə hazıram”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO