Afət Telmanqızı prokurorluqda izahat verdi

Afət Telmanqızı prokurorluqda izahat verdi

Hazırda oxunan: Afət Telmanqızı prokurorluqda izahat verdi

36829
Həkimlərin məsuliyyətsizliyi və səhlənkarlığı nəticəsində dünyasını dəyişən ANS telekanalının jurnalisti Afət Telmanqızının gəlinləri, 26 yaşlı Pərvinə Qasımovanın ölümü ilə bağlı iş baş prokuror Zakir Qaralovun xüsusi nəzarətinə götürülüb.

Bu barədə “Qafqazinfo”ya məlumat verən teleaparıcı bildirib ki, ölüm faktının araşdırılması Yasamal Rayon Prokurorluğuna, prokuror Abıyev İsmayıla tapşırılıb. Afət Telmanqızı artıq faktla bağlı qardaşı Anar Cəfərov və ondan izahat alındığını deyir. Jurnalistin ailəsi baş verən ölüm faktında Sumqayıtda 1 saylı Doğum Evinin baş həkiminin, əməliyyatı aparan həkim Sevda Xanbutayevanın, şöbə müdiri Məmməd Cəfərovun birbaşa məsuliyyət daşıdığını bildiriblər. Jurnalist müstəntiqin həmin şəxslərin ad və soyadlarını qeyd etdiyini və izahatlarının alınacağını deyib. Müstəntiq həmçinin həmin həkimlərin könüllü prokurorluğa gəlməkdən imtina edəcəkləri halda polis vasitəsilə gətiriləcəklərini qeyd edib. 

A.Telmanqızı Respublika Klinik Xətəxanasının həkimlərini ittiham etmədiklərini və məsuliyyətin ancaq Sumqayıtda 1 saylı Doğum Evinin həkimlərinin üzərində olduğunu, eyni zamanda Klinik Xəstəxananın reanimatoloqu Vidadi Həsənovun xəstənin son anlarında onun yanında olduğunu nəzərə alaraq prokurorluqda izahat verməyə çağırılacağını deyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO