Ana Vətən Partiyası müşahidələrini açıqladı

Ana Vətən Partiyası müşahidələrini açıqladı

Hazırda oxunan: Ana Vətən Partiyası müşahidələrini açıqladı

35039

Ana Vətən Partiyasının uzunmüddətli müşahidəçi qrupunun rəhbəri Zülfiyyə Mustafayeva prezident seçkilərinin gedişi ilə bağlı partiyanın ilkin müşahidələrini açıqlayıb.

Moderator.az-a  daxil olan məlumatda deyilir:

“Ana Vətən Partiyasının seçkiləri müşahidə edən 1000-ə yaxın uzunmüddətli və qısamüddətli müşahidəçilərinin verdiyi məlumata əsasən prezident seçkiləri demokratik azad və şəffaf keçirilir. Vətəndaşların bütün seçki məntəqələrində yüksək aktivliyi müşahidə olunur.

45 saylı Abşeron seçki dairəsinin 6 Saylı seçki məntəqəsində Ana Vətən Pariaysının müşahidə qrupunun rəhbəri ilə söhbət edən Avropa Şurasını təmsil edən Viorel Richard Bedea və Şaban Dışlı apardıqları müşahidəyə əsasən qeyd ediblər ki, seçkilərə hazırlıq texniki cəhətdən yüksəkdir. Əslən Ruminiyadan olan müşahidəçi Viorel Richard Bedea onu da qeyd edib ki, Azərbaycanda seçkilərə maraq Ruminiyadan daha yüksəkdir və vətəndaşlarən feal aktivliyi müşahidə olunur.

20 saylı Nərimanov ikinci, 23 saylı Nəsimi-Səbail, 16 saylı Yasamal ikinci, 26 saylı Sabunçu, 45 saylı Abşeron,41 saylı Sumqayıt birinci və 42 saylı ikinci, 33 saylı Xətai birici , 34 saylı Xətai ikinci və 35 saylı Xətai üçüncü, 59 və 60 saylı Səlyan, 52 saylı Quba,67 saylı Cəlilabad,73 saylı Lənkaran ,78 saylı Lerik,88 saylı Göyçay ,91 saylı Ucar , 90 saylı Ağdaş ,116 saylı Qəbələ,105 saylı Tovuz, 108 saylı Ağstafa ,98 saylı Şəmkir,101 saylı Göygöl-Daşkəsən,103 saylı Gədəbəy rayonun, 93 saylı Bərdə,95 saylı Tərtər seçki dairələrindən müşahidəçilərin verdiyi məlumata görə seçkilər sakit, hər hansı qarşıdurma olmadan siyası fəallıq və tam demokratik şəraitdə davam edir.

Təəssüflə qeyd edək ki, 45 saylı Abşeron seçki dairəsinin 6 saylı seçki məntəqəsində və 120 saylı Cəbrayıl ”“Qubadlı seçki dairəsinin 29 saylı seçki məntəqəsində prezidentliyə namizəd Cəmil Həsənlinin nümayəndələri seçki prosesinə müdaxilə edərək seçkiləri pozmağa cəhd göstəriblər”.Ana Vətən Partiyası müşahidələrini açıqladı Ana Vətən Partiyası müşahidələrini açıqladı Ana Vətən Partiyası müşahidələrini açıqladı Ana Vətən Partiyası müşahidələrini açıqladı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO