Bugünkü mitinq iştirakçılarının sayı ilə bağlı rəsmi açıqlama

Bugünkü mitinq iştirakçılarının sayı ilə bağlı rəsmi açıqlama

Hazırda oxunan: Bugünkü mitinq iştirakçılarının sayı ilə bağlı rəsmi açıqlama

34510
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Demokratik Qüvvələrin Milli Şurasının Bakıda keçirdiyi aksiya ilə bağlı məlumat yayıb. BŞBPİ-dən APA-ya daxil olan məlumatda bildirilib ki, sentyabrın 22-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun prezidentliyə namizədi Cəmil Həsənlinin Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 16:00-dan 18.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, ACP, KXCP, El Hərəkatı, eləcə də bir sıra digər müxalifət yönlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 (min beş yüz)  nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
 
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO