Ziyalılar Forumunun üzvü, professor Rafiq Əliyev Moderator.az saytına açıqlamasında mülkiyyət azadlığının toxunulmazlığından bəhs edib. Mülkiyyət azadlığının bütün azadlıqlardan öndə gəldiyini vurğulayan professor, azadlığın bu elementinin toxunulmazlığının böyük önəm kəsb etdiyini vurğuladı:
“İnsan azadlığında ən toxunulmaz elementlərdən biri onun mülkiyyət azadlığının toxunulmazlığı olmasıdır. Bu, toxunulmaz azadlıqlar siyahısında birinci yerdə dayanan məsələdir. Buna görə də insanın mülkiyyət azadlığına bu və ya digər formada qəsd etmək, bu azadlığa qadağa qoymaq düzgün deyil”.
Seymur Əliyev































































































