Hüseynqulu Bağırovun nazirliyindən Ağcabədi olayına reaksiya -AÇIQLAMA

Hüseynqulu Bağırovun nazirliyindən Ağcabədi olayına reaksiya -AÇIQLAMA

Hazırda oxunan: Hüseynqulu Bağırovun nazirliyindən Ağcabədi olayına reaksiya -AÇIQLAMA

29965

 “Bəzi Kütləvi İnformasiya Vasitələrində Ekologiya və Təbii Sərvətlər Nazirinin 12 iyun 2013-cü il tarixində Ağcabədi rayonunda vətəndaşlarla keçirdiyi görüşlə bağlı əsassız və yanlış məlumat yayılıb”.  Bu fikirlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin nazir Hüseyqulu Bağırovun Ağcabədi səfəri ilə bağlı yaydığı açıqlamasında əks olunub. Qeyd edək ki, “Bizim Yol” qəzetində Hüseynqulu Bağırovun  əhali ilə görüşündə qalmaqal düşməsi barədə xəbər dərc edilib. Həmin xəbərdə nazirlə görüşmək istəyən sahibkarların həbs edildiyi qeyd olunur. Nazirlikdən Moderator.az-a verilən xəbərdə isə bildirilir ki,  yayılan məlumat heç bir əsasa söykənmir: “Bildiririk ki, yayılan məlumat heç bir əsasa söykənmir və provakasiya xarakteri daşıyır. Çünki 13 gün əvvəl keçirilmiş görüş barəsində indi yalanların uydurulması, qərəzli şəkildə ETSN-nin adının hallandırılması yalnız bu cür qiymətləndirilməlidir.       Qeyd edək ki, sözügedən görüşdə istər iqtidar, istərsə də müxalifət yönümlü KİV nümayəndələri iştirak edib. Əgər görüş zamanı qəbula gələnləri qane etməyən hansısa hadisə baş versəydi, qəbul prosesini izləyən jurnalistlər mütləq elə həmin vaxt bu barədə xəbər yayardı. Bu görüşdə əvvəlcədən qeydiyyatdan keçən 50 nəfərdən əlavə Ekologiya və Təbii Sərvətlər Naziri görüşə yazılmayan daha 11 şəxsi qəbul edib ki, onların da əksəriyyətinin müraciətləri mülkiyyət hüquqları ilə bağlı olub. ETSN-yə heç bir aidiyyəti olmasa da, həmin şəxslərin müraciətləri də dinlənilib, rayon icra hakimiyyətinin və torpaq komitəsinin nümayəndələri görüşə dəvət olunaraq bəzi şikayətlər yerində həll edilib, digərlərinin isə ərizələri alınaraq aidiyyəti təşkilatlara göndərilməsi təmin olunub.   Ona görə də bəyan edirik ki, kimlərinsə indi hansısa səbəblərdən gündəmə gətirdiyi məlumatlar uydurmadır. Görüş zamanı qəbul otağında və gözləmə zalında heç bir hadisə baş verməyib, qeydiyyatdan keçən və keçməyən bütün vətəndaşların müraciətlərinə baxılıb”.

 

 

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO