İran səfirliyi:  “Qarabağdakı konsert verən müğənni səhv edib...”x9d

İran səfirliyi: “Qarabağdakı konsert verən müğənni səhv edib...”x9d

Hazırda oxunan: İran səfirliyi: “Qarabağdakı konsert verən müğənni səhv edib...”x9d

173574
İranlı musiqiçi Meysam Hodratın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində konsert verməsi geniş müzakirələrə yol açıb.xa0

Bunu nəzərə alaraq İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin münasibətini öyrənməyə çalışdıq. Səfirliyin mətbuat katibi Məhəmməd Rza Nəcəfinin sözlərinə görə məsələ ilə bağlı səfirlik tərəfindən araşdırma aparılır:

“Yəqin ki, bu məsəldə bizim mövqeyimiz hər kəsə aydındır. Lakin bəzən xəbər saytlarında bu cür yayılan xəbərlər bizə aydın deyil. Biz o musiqiçini tanımırıq və ola bilər ki, kimsə bir nəfər ora gedib, səhv edib. Həmin musiqiçinin rəsmi surətdə Azərbaycanın işğal olunmuş ərazisinə getmə haqqı yoxdur və bu mümkün deyil. Bəzən erməni mətbuatı hədəfli olaraq bu cür xəbərlər yayır. Bu həmçinin İran-Azərbaycan arasındakı münasibətlərə xələl gətirmək hədəfi də ola bilər. Biz bu məsələ ilə bağlı araşdırma aparırıq və nəticə barəsində açıqlama verəcəyik. İran dövlətinin Azərbaycanın bütövlüyü ilə bağlı mövqeyi aydındır, bu münaqişənin həll olunmasının tərəfdarı olmuşuq və dəfələrlə bu barədə öz açıqlamalarımızı vermişik. Bir daha qeyd edirəm ki, bir musiqiçi rəsmi surətdə ora gedə bilməz”x9d.

Qeyd edək ki, erməni mətbuatının yaydığı məlumata görə martın 27-də iranlı musiqiçi Meysam Hodrat Azərbaycan işğal alltında olan Dağlıq Qarabağ ərazisində konsert verib. Konsertdə onunla bərabər İrandan gələn fleytaçı, Meysam Hodratın erməni həmkarı Artaşes Qriqoryan və pinoçu Marina Barxudaryan da iştirak edib. Məsələ ilə bağlı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də münasibət bildirib. Nazir qeyd edib ki, bununla bağlı İranın müvafiq dövlət orqanlarına və Xarici İşlər Nazirliyinə ünvanlanmış məktub imzalanıb.(musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO