"Elçibəy Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün körpü deyildi..."

Hazırda oxunan: "Elçibəy Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün körpü deyildi..."

139574

Gəncə qiyamından 23 il ötür. Tarixə 4 iyun qiyamı kimi yazılan bu gündə Azərbaycan ordusunun keçmiş baş komandiri Surət Hüseynovun rəhbərlik etdiyi 709 saylı hərbi hissə ilə hökumət qüvvələri arasında toqquşma baş verib.

Qarşıdurma nəticəsində hər iki tərəfdən 35 nəfər həyatını itirib. Bununla da, AXC hakimiyyəti daxilindəki böhran daha da dərinləşib və ölkə vətəndaş müharibəsinin astasına çatıb. Qiyamla başlayan proseslər sonda Elçibəy iqtidarının süqutu ilə nəticələndi...

4 iyun qiyamına münasibət Azərbaycan ictimaiyyəti daxilində daim ikili olub. Bu günü qiyam kimi qəbul edənlərlə bərabər, bunun əksini düşünənlər də var.

Gəncə qiyamı baş verən vaxt Rusiyanın ölkəmizdə növbəti dəfə öz kadrını hakimiyyətə gətirmək üçün hərəkətə keçdiyi barədə iddialar var. Şimal qonşumuzun həmin vaxtlar SSR Təhlükəsizlik Komitəsinin sədri işləmiş Vaqif Hüseynov və həmin ilə qədər iki dəfə hakimiyyətə gətirdiyinə baxmayaraq devrilən Ayaz Mütəllimovu yenidən Azərbaycan rəhbərliyinə gətirməyə can atdığı deyilir. Bütün bunları nəzərə alaraq, AXC hökumətinin 1993-cü ildə hakimiyyətin Heydər Əliyevə keçməsinə maneçilik yaratmamasına haqq qazandıranlar da var.

1993-cü ilin bu günlərində baş verən hadisələrin birbaşa içərisində olan və 23 il ərzində daim tənqidlərə məruz qalan Daxili Qoşunların sabiq komandiri Fəhmin Hacıyevlə də söhbət etdik. Hazırda Ukraynada yaşayan sabiq komandir onu qiyamla bağlı ittiham edən şəxslərə belə cavab verdi: “Məni ittiham edənlər gözlədiklərini ala bilməyənlərdir. Onlara sualım odur ki, hansı qərarı və ya əmri icra etmədim o zaman?”x9d

F.Hacıyev səhvlərinin ucbatından hakimiyyəti itirdiklərini də dolayısı yolla etiraf etdi: “Səhvimiz olmasa idi, hakimiyyətimiz daha uzun ömürlü olardı. Bizim hakimiyyət vahid komanda şəkilində formalaşmamışdı. Hətta AXC-dən hakimiyyətə gələnlər vahid komanda deyildilər. Bundan başqa hakimiyyətin müxtəlif qolları və səviyyələrində Heydər Əliyevin, Mütəllibovun şəxsi maraqlarına xidmət edən çoxlu sayda insanlar var idi. Qiyamın yatırılmamasında qətiyyətsizlik göstərilib və bunu üçün hamımız məsuliyyət daşıyırıq. Hər zaman demişəm, bir də təkrar edirəm. Çox arzu edirəm ki, 4 iyun qiyamına gətirən səbəblər və qiyamın yatırılmaması səbəbləri müstəqil məhkəmə tərəfindən araşdırılsin. İndi hər kəs özünə sərf edən formada danışır, bir çox hallarda bu tipli açıqlamalar həqiqətlərin üzə çıxmasına imkan vermir. Bunlar daxili problemlərimiz idi. Əgər Moskva hadisələri körükləməsə idi, daxildə olan anlaşılmazlıqlar həll olunardı. Bunun üçün Elçibəy milli barışıq da elan etmişdi. Bütün hallarda hakimiyyətin devrilməsi əsasən, Rusiyanın planı idi və buna nail olundu”x9d.

Fəhmin Hacıyev ittihamlara cavab verdi

Müsahibimiz peşman olduğu məqamlara da toxundu: “Peşmançılıq var. Bəzən fikirləşirəm ki, gərək siyasi mədəniyyət göstərib, qiyamçılara atəş açmamaq haqda əmrə tabe olmamalı idim, məndən tələb olunanda Goranboyda hazırlanmış əməliyyatı Arif Salahova etibar etməməli idim və s. Amma sonda qərarım yenə əmr və tapşırıqlara əməl etməyin daha doğru addım olduğu olur. Çünki komandamızda kimin kim olduğu, kimin nəyə və kimə qulluq etdiyi bəlli deyildi. Mən deyərdim ki, Elçibəy hakimiyyəti məcburiyyətdən ağıllı şəkildə ötürdü. Ona görə ki, hakimiyyəti qoruyacaq siyasi dəstək tükənmişdi, Müdafiə Nazirliyi isə hakimiyyəti qorumaqdan imtina etmişdi. 7 iyunda etdiyim təklifin qəbul olunmamasının əsas səbəblərində biri də Müdafiə Nazirliyinin hakimiyyəti qorumaqdan imtina etməsi olmuşdu. Amma heç vaxt düşünə bilmərəm ki, Elçibəy Heydər Əliyevin hakimiyyətə gətirilməsi üçün körpü rolunu oynamış olsun. Bunu söyləyənlər Elçibəy şəxsiyyətini tanımırlar”x9d.(musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO