İxtirası sayəsində illərdir işlətdiyi elektrik enerjisinə pul ödəmir

İxtirası sayəsində illərdir işlətdiyi elektrik enerjisinə pul ödəmir

Hazırda oxunan: İxtirası sayəsində illərdir işlətdiyi elektrik enerjisinə pul ödəmir

138751
Müasir dövrdə elektrik enerjisindən pulsuz istifadəni düşünmək çətindir. Amma Tovuzda yaşayan Arif İsgəndərov özünə məxsus fermada illərdir sərf olunan enerjiyə pul ödəmir. Səbəb isə özünün ixtira etdiyi qurğudur.

Kəpəz TV (Region TV) xəbər verir ki, Tovuzun Düzqırıqlı kənd sakini, 55 yaşlı Arif İsgəndərov yaşadığı kənddən Ceyrançöl adlanan əraziyə elektrik enerjisi çəkməyin mümkün olmadığını gördükdə, maraqlı ixtira edib.xa0

Müxtəlif texnikaların hissələrini toplayaraq iri pər düzəldən fermer, Kür çayına axan su vasitəsilə onu işə salıb. Sürətlə fırlanan pər kəndlinin arzusunu reallaşdırıb. xa0

Arif İsgəndərov sudan alınan elektrik enerjisi vasitəsilə fermanın işıqlanmasını təmin edir, soyuducu və televizoru işə sala bilir. Kənd sakininin sözlərinə görə, qurğunu bir qədər də təkmilləşdirib daha çox enerji əldə etmək olar.




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO