"Azərbaycanda çox sayda özünü bilməz kimsələr var ki..."

Hazırda oxunan: "Azərbaycanda çox sayda özünü bilməz kimsələr var ki..."

133496
"Azərbaycanda əvvəl-axır bu üslubda mövqe bildirməyə hər birimiz alışmalıyıq. Hörmətli Tənzilə xanım Rüstəmxanlının bir neçə saytda yer alan müsahibəsində bizimlə bağlı məqamları burada paylaşmağı zəruri saydım. Aşağıda qeyd olunan tənqidi fikirləri əsaslı hesab etməsəm də, ancaq doğru üsluba, görə Tənzilə xanıma təşəkkür edirəm. Ona görə bunu vurğulayıram ki, Azərbaycanda çox sayda özünü bilməz kimsələr var ki, hansısa məsələ ilə bağlı doğru bildiyin mövqeni söyləyəndə, məsələyə öz münasibətini bir kənara qoyub adamın şəxsinə hörmətsizlik edirlər. Ancaq öyrənməliyik, mütləq öyrənməliyik. Xoşuna gəlməyən fikir varsa, onu təkzib etmənin, rədd etməni ədəbli yolunu özünə hörmət edən hər kəs öyrənməyə məhkumdur.

MƏTN

-Kortəbii şəkildə Babəki “topa tutanlar”x9dla müzakirə aparmağa dəyməz. Amma məsələ burasındadır ki, bəzi ictimai-siyasi fiqurlar arqumentlər ortaya qoyaraq, Babəki qəhrəman kimi qəbul etmirlər. Məsələn, biri deputat Fazil Mustafadır.

-Fazil bəy çox savadlı adamdır. O elmi, tarixi yaxşı bilir. Həm də dini elmi şəkildə yaşayan adamdır. Səmimi, inanclı bir insandır. Mən bu sözləri altını qırmızı xətlə cizərək deyirəm. Amma biz onunla bəzi məsələlərdə eyni şeyləri düşünmürük. Onun Babək və Şah İsmayılla bağlı fikirlərini bölüşmürəm. Fazil Mustafanın xətrinə dəyməsin ki, Tənzilə Rüstəmxanlı müsahibədə niyə onu müzakirə edir...

-Məncə xətrinə dəyməz, açıq fikirli, tənqidə dözümlü şəxsdir.

- Fazil Mustafanın özü də bilir ki, mən onun Babək və Şah İsmayılla bağlı düşüncəsini qətiyyən qəbul etmirəm. Onun yanaşmasını yanlış hesab edirəm. O günü bu günlə müqayisə etmək indi asandır. O gün “kim nə yanlış edib?”x9d deyə bu gün sən daşı-daş üstə qoymadan onu müzakirəyə qalxarsansa, bu yanlışdır. Babəkə qarşı fikir səsləndirənlərin çoxunun oxuduğu kitablar ərəb və fars müəlliflərinindir. Təəssüf ki, bu millətin tarixini özümüzünkü də yazmayıb ki, gerçəyin nə olduğunu bilək. Ona görə də mən tarixi şəxsiyyətlərin bu günün gözü ilə müzakirə edilməsinin, bəzən də təhqirə səviyyəsində tənqid olunmasının əleyhinəyəm."

Fazil Mustafa, millət vəkili
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO